Axtarış
The search found 105857 results in 0.175 seconds.
Search results
Qadın azərbaycanlı oğlanın intim videosunu çəkdi: “Mən deyəni etməsən…” – FOTOLAR
Bakıda xarici ölkənin vətəndaşı olan qadının azərbaycanlı oğlanı intim görüntüləri ilə şantaj etdiyi bildirilir.
Sosial şəbəkədə Catherine Provost adlı istifadəçi “Facebook”-da Orxan Abdullayevə (Ad şərtidir. Şəxsin kimliyi bizə məlumdur. Xahişi əsasında ad gizli saxlanır – red) dostluq sorğusu göndərib. Qeyd edək ki, bu profilin sahibi haqqında bölməsinə Fransada yaşadığını yazıb.Muxalifet - 13-11-2018
Pensiyalar artırılacaq - Nazirdən ŞAD XƏBƏR
Azərbaycanda bütün növ pensiyalar artırılacaq.
Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Azərbaycanda bütün növ pensiyalar faizlərlə indeksasiya edilərək artırılacaq. (trend)Muxalifet - 13-11-2018
Polisdən Əməliyyat: Bakıda narkobaronun evində...
Bakıda narkotik alveri ilə məşğul olduğu üçün axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi və Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rizvan İbrahimov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.Muxalifet - 13-11-2018
Döydülər, soydular, sonra da Türkiyəyə göndərdilər
Yəmən və Fələstinli bir qrup köçkün, qeyri-qanuni yollardan keçdikləri Yunanıstanda polis tərəfindən yaxalanıb. Qaçqınlar, iddiaya görə, Yunan polisi tərəfindən döyülüb. Yunan polisi sonra miqrantların üzərindəki paltarları çıxarıb, əşyalarını da aldıqdan sonra Merih çayı üzərindən Türkiyəyə göndərib.
KƏNDLİLƏR ÇILPAQ HALDA TAPDILAR
Muxalifet3 - 13-11-2018
Bu ölkədə ABŞ-İran müharibəsi başlaya bilər - PROQNOZ
ABŞ-ın Yəmən müharibəsində iştirakı əhəmiyyətli iqtisadi xeyir gətirmir və potensial olaraq, amerikalıları Səudiyyə Ərəbistanının regional rəqibi – İranla müharibəyə gətirib çıxara bilər.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu haqda “Time” nəşri yazıb.
Materialda deyilir ki, ABŞ prezidenti Donald Trampın “Amerika hər şeydən əvvəl!” şüarı Yəmən müharibəsinin kontekstində “Səudiyyə Ərəbistanı hər şeydən əvvəl!” şüarına çevrilib. Qeyd edilir ki, ABŞ-ın müharibədə iştirakı mülki əhali arasında minlərlə qurbana gətirib çıxarıb.Muxalifet - 13-11-2018
ABŞ səfirliyi ünvan göstərdi, terrorçular terror törətdi
ABŞ-ın Suriyadakı səfirliyinin sosial media hesabından Cerablusdakı Türk xəstəxanası ilə bağlı video paylaşma edib. O videonun paylaşılmasından 4 gün sonra isə PKK terror təşkilatı Cerablusa terror hücumu edib.
Haber7.Com / Taha Dağlı
ABŞ Suriyada 2011-də başlayan vətəndaş müharibəsi prosesində Dəməşqdəki səfirliyini bağlayan ilk ölkə olmuşdu. Obamanın göstərişilə 6 fevral 2012-də Dəməşq səfirliyi bağlanmışdı. Ancaq ABŞ-ın Dəməşq səfirliyinin sosial media hesabları açıq saxlanılır.Muxalifet3 - 13-11-2018
“Ölümündən əvvəl zəng edib ağlayaraq dedi ki...” - Xanımından ŞOK ETİRAF - VİDEO
Muxalifet - 13-11-2018
Hakimi döyüb çənəsini sındırdılar
İrlandiyanın “Malinqar Taun” klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birgə “Horslip”lə matçdan sonra hakim Daniel Svinini döyüb.
İrlandiya Hakimlər Cəmiyyətinin prezidenti Pol Obrayn onun çənəsinin və gözünün altındakı sümüyün sındığını, burnunun zədələndiyini bildirib.
Futbol Liqasının katibi Kris Hənd deyib ki, artıq hakimə xəsarət yetirənlərin kimliyi müəyyənləşdirilib və onlar dərhal futbol fəaliyyətindən uzaqlaşdırılıblar.Muxalifet - 13-11-2018
Daş üstündə daş qalmayacaq - Sarkisyandan Paşinyana Qarabağ TƏHDİDİ
Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan Nikol Paşinyan hakimiyyətini təhdid edib.
Publika.az xəbər verir ki, noyabrın 11-də Respublika Partiyasının iclası keçirilib.
“Qraparak” qəzeti yazır ki, iclasda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib.Muxalifet - 13-11-2018
ABŞ-a “sanksiya zərbəsi”! Ümid etdiyini ala bilmədi
İran prezidenti Həsən Ruhani, ABŞ-ın 5 noyabrdan sonrakı gözləntilərinin yerinə yetmədiyini və İran xalqının keçmişə nisbətən daha ümidli olduğunu açıqlayıb.
Tehrandakı Yüksək Sosial Şurasının toplantısında çıxış edən Ruhani, ABŞ-ın ikinci sanksiya paketinin təsiri ilə bağlı açıqlama verib.
İran xalqının 5 noyabrdan əvvələ nisbətən daha ümidli olduğunu qeyd edən Ruhani, "Bəziləri 5 noyabrdan sonra xüsusi şəraitin yaranacağını və xalqın həyatının alt-üst olacağını düşünürdü. Amma hamı gördü ki, bu fikirlər səhvdir və bir xəyaldan ibarətdir" deyib.Muxalifet3 - 13-11-2018
Təhsil Şöbəsi FHN-ni təkzib etdi: “Yanan məktəbdə şagird olmayıb”
Füzuli Rayon Təhsil Şöbəsi bu gün orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
Təhsil Şöbəsindən bildirilib ki, noyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın olub.
Binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıblar.Muxalifet - 13-11-2018
"Beşiktaş"ın futbolçusu komandadan qovuldu: Oyunun fasiləsində aş yediyinə görə
"Beşiktaş"ın futbolçusu Tolqay Arslan heyətdən kənarlaşdırılıb.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, məsələnin maraqlı səbəbi var.
28 yaşlı yarımmüdafiəçi Superliqanın 12-ci turunda "Başakşəhər"lə ilk hissəsi 0:1 geridə olduqları matçın fasiləsində paltardəyişmə otağında aş yeyib.Muxalifet - 13-11-2018
Trampdan dünyanı qarışdıracaq AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp fransızları çox qəzəbləndirəcək tvit yazıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu gün Fransa prezidenti Emmanuel Makronun "Avropa ordusu" çağırışına reaksiya göstərib.
"Makron Avropa, ABŞ, Çin və Rusiyaya qarşı qorunmaq üçün öz ordusunu yaratmağı təklif edib. Ancaq Birinci və İkinci Dünya Müharibələrində Almaniya var idi. ABŞ köməyə yetişmədən əvvəl Nasist işğalı altında alman dilində öyrənməyə başlayırdınız. NATO üçün pul ödəyin ya da ödəməyin", - deyə ABŞ prezidenti bildirib.Muxalifet - 13-11-2018
“Medianın iqtisadi durumu problemsiz deyil” - Əflatun Amaşov
“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Ə.Amaşov təhsil sahəsinə ayrılan maliyyənin də artırılmasını təklif edib:Muxalifet - 13-11-2018
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - QƏTƏR ŞEYXİ BAĞIŞLAMIŞDI...
Qətər şeyxi Təmim bin Hamed Əl Saninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi və xeyli mübahisələrə səbəb olan VİP təyyarə ilk dəfə istifadə olunub. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransaya səfər edən prezident yeni “Boing 747-8” tipli təyyarəsində ilk dəfə mətbuat nümayəndələri ilə görüşərək foto çəkdirib.
Muxalifet - 13-11-2018
Eldar Əzizov Abutalıbovun “qulağ”ından xilas ola biləcək? - Kiçik məmur Vidadi Əliyevin böyük imperiyası
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti adlı qurum uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmür. Adı çəkilən qurumu daim gündəmə gətirən iki şəxs var. Bunlar Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevlə müavini Vidadi Əliyevdir. “Google” axtarış sistemində Rəfail Mehralıyevlə Vidadi Əliyevin adlarını yazsanız, qarşınıza yüzlərlə qalmaqallı məlumatlar çıxacaq.
Muxalifet - 13-11-2018
Dəhşətli yol qəzaları: 9 ayda 527 nəfər ölüb
2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub.
Muxalifet - 13-11-2018
Siyavuş Novruzov idman komplekslərinin icarəyə verilməsini təklif etdi
“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər yeni tikililər var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.Muxalifet - 13-11-2018
İtaliyada qalmaqal: Türkiyə konfransı tərk etdi
Türkiyə İtaliyada keçirilən Liviya konfransını tərk edib.
Bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay danışıb.
“Təəssüf ki, beynəlxalq ictimaiyyət bu sabah həmrəy ola bilmədi. Bəziləri İtaliyanın ev sahibliyindən sui-istifadə edərək prosesə təktərəfli müdaxilə etmişdir. Bəzi ölkələrin prosesi öz mənafeyi üçün zədələməyə çalışdığı müddətdə Liviyada sabitlik yaradıla bilməz. Liviyanın daha çox deyil, daha az xarici müdaxiləyə ehtiyacı var”, - Oqtay bildirib.Muxalifet - 13-11-2018
BAKIDA GÜCLÜ YANĞIN: Canlı qüvvə və texnikalar cəlb olundu - VIDEO
Muxalifet - 13-11-2018