Axtarış

The search found 105857 results in 0.154 seconds.

Search results

  1. “DOST” mərkəzlərinin yaradılması üçün 3,5 milyon manat ayrıldı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək "DOST” mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.

    Muxalifet - 13-11-2018

  2. ​Kəmaləddin Heydərovla Baba Rzayev yanğın olan stansiyada - Foto

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azəreneji"nin rəhbəri Balababa Rzayev  Şüvalan qəsəbəsində yanğın baş verən Şimal Elektrik Stansiyasına baş çəkiblər.
    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.
    Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatordakı yanğın söndürülüb.

    Muxalifet - 13-11-2018

  3. ​Azərbaycanda yüksək vəzifəli MƏMUR İŞDƏN ÇIXARILDI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.
    Muxalifet.az "Report"a istinadən verdiyi məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.
    Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.
    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib

    Muxalifet - 13-11-2018

  4. Konfransda gərginlik! Türkiyə masadan qalxdı

    Türkiyə prezidentinin müavini Fuad Oqtay, Türkiyənin İtaliyanın Palermo şəhərində təşkil olunan Liviya konfransından çəkildiyini bildirib. Oqtay verdiyi açıqlamada, "Türkiyə dərin xəyal qırıqlığı ilə iclası tərk etdi" deyib.
     
    OQTAYIN AÇIQLAMASI
     

    Muxalifet3 - 13-11-2018

  5. ​Rusiya neft hasilatını REKORD HƏDDƏ ÇATDIRDI

    Muxalifet.az xəbər verir ki, OPEK təşkilatının hesabatına görə, Rusiya neft hasilatını rekord həddə çatdırıb.
    Hesabatda deyilir: “İlkin qiymətləndirilməyə görə, Rusiya oktyabr ayında əvvəlki ayla müayisədə neft hasilatını sutkada 50 min barrel artırmaqla, ortalama sutkada 11,6 milyon barrelə çatdıraraq, yeni postsovet rekord əldə edib”.

    Muxalifet - 13-11-2018

  6. ​Bakıda keçmiş icra məmuru HƏBS EDİLDİ

    Bakıda keçmiş icra məmuru Asif Məmmədov həbs edilib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsləri ilə ittiham irəli sürülüb.
    A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.

    Muxalifet - 13-11-2018

  7. Zamirə Hacıyeva məsələsi parlamentdə: Onun Londonda xərclədiyi pulla bütün şəhidlərin...

    “Zamira Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla 1988-1993-cü illərdə şəhid olmuş bütün şəxslərin ailələrinə kompensasiya vermək olardı”.
    Muxalifet.az publika.az-a istinaden xəbərinə görə, bu sözləri millət vəkili Zahid Oruc 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

    Muxalifet - 13-11-2018

  8. Tramp və Ağ Evi məhkəməyə verdilər

    CNN International ABŞ prezidenti Donald Tramp və yüksək səviyyəli Ağ Ev rəsmilərinin, CNN müxbiri Cim Acosta-nın Ağ Evə akkreditasiyası ləğv olunduğu üçün məhkəmə iddiası qaldırır.
     
    Qeyd edək ki, Tramp ilə Acosta arasında yaşanan gərginlikdən sonra prezident Tramp, "CNN, səni işlətdiyi üçün utanmalıdır. Kobud və iyrənc bir insansan. CNN üçün işləməli deyilsən. Sarah-a (Ağ Ev Mətbuat Katibi) davranış tərzin bərbaddır. Digər insanlara davranış tərzin bərbaddır. İnsanlara bu şəkildə davrana bilməzsən" demişdi.
    Müxalifət.az

    Muxalifet3 - 13-11-2018

  9. Fatih Terimin cəzası artırılıb, klub prezidenti hüquqlarından məhrum edildi

    Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin cəzası artırılıb.
    "Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin idmana yaraşmayan açıqlamaları səbəb olub. Terim həmçinin 14 min lirə məbləğində cərimələnib.
    Qurum İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizi 60 günədək hüquqlarından məhrum edib və ona 40 min lirə pul cəzası kəsib.
    "Qalatasaray" klubu isə rəsmi saytı vasitəsilə qeyri-etik açıqlamalar yayması səbəbindən 135 min lirə cərimələnib.

    Muxalifet - 13-11-2018

  10. Səudiyyənin İstanbuldakı Baş Konsulluğu daşınır

    Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun başqa bir məkana köçmək istədiyi yönündə bir niyyətinin olduğu, Xarici İşlər Nazirliyi mənbələri tərəfindən açıqlanıb.
     
    “İHA”-nın xəbərinə görə, Xarici İşlər Nazirliyindəki mənbələr Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun daşınması istiqamətində nazirliyə bir müraciət etmədiyini də qeyd edib.
    Müxalifət.az

    Muxalifet3 - 13-11-2018

  11. ​“Azərbaycanda əməkhaqları çox aşağıdır” - Deputat

    "Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”. 
    Muxalifet.az modern.az-a istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. 
    Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır. 

    Muxalifet3 - 13-11-2018

  12. “Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

    “Nar” və ADA Universiteti arasında əldə olunan əməkdaşlıq sazişinə əsasən, mobil operator universitetdə yüksək nəticələr göstərən tələbələrə dəstək olacaq. Əməkdaşlıq çərçivəsində “Nar” da ADA Universiteti Fonduna öz təhfəsini verəcək və universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunda təhsil alan və fərqlənən tələbələrinin təqaüdünü ödəyəcək.

    Muxalifet4 - 13-11-2018

  13. ​Azərbaycan və Slovakiya baş nazirləri görüşdü - Foto

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub.
    Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
    Sonra Baş nazir Novruz Məmmədovun və Baş nazir Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

    Muxalifet3 - 13-11-2018

  14. ​Rusiya oktyabr ayında rekord qırdı

    Rusiya SSRİ-dən sonrakı dövrdəki neft hasilatı ilə bağlı rekordunu yeniləyib.
    Muxalifet.az xəbər verir ki, OPEK Rusiyanın oktyabr ayında günlük olaraq 11,6 milyon barel neft hasil etdiyini açıqlayıb.
    Bundan əlavə, açıqlamada şimal qonşumuzun 2018-ci ildə günlük ortalama neft hasilatının 11,24 barel olacağı bildirilib və bu rəqəm 2019-cu ildə 11,19 barelə kimi qalxa bilər.
     

    Muxalifet3 - 13-11-2018

  15. ​Baş nazirin oğlu atasının üzünə durdu

    Çexiya baş naziri Andrey Babişin eyni adlı oğlu bu gün ölkədə sensasiya yaradan açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, oğul Babiş 2017-ci ildə öz iradəsinin əksinə olaraq Krıma qaçırıldığını söyləyib. Onun söylədiyinə görə, bununla atasının korrupsiya cinayətləri ilə bağlı aparılan təhqiqat çərçivəsinə müstəntiqlər tərəfindən dindirilməsinin qarşısı alınıb.

    Muxalifet3 - 13-11-2018

  16. ​Gürcüstanın Azərbaycana nə qədər borcu var?

    Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.
    Muxalifet.az xəbər verir ki, bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.
    Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.
    Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

    Muxalifet3 - 13-11-2018

  17. ​Astanada verilən dərs: KTMT İrəvana yerini göstərdi

    Rəsmi İrəvan xeyli vaxtdır ki, "fərqli" xarici siyasət yeritdiyindən və "uğurlar" əldə etdiyindən dəm vururdu. Hakimiyyətə qulluq edən KİV də müxtəlif aspektlərdə Ermənistan rəhbərliyinin "uğurları"ndan yazırdı. Bütün bu yalançı təsəvvürlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində sabun köpüyü kimi dağıldı. Astanadan erməni nümayəndə heyəti məyus qayıtdı. Onlar Ermənistanın mövqeyinin təşkilatda nəzərə alınmadığından gileylidirlər. Əslində isə təşkilat üzvləri reallığa və hüquqi normalara uyğun hərəkət ediblər.

    Muxalifet3 - 13-11-2018

  18. ​Qəzzada atəşkəs elan edildi

    Qəzzada atəşkəs elan edilib.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə fələstinli qruplar məlumat yayıb.
    Qeyd edək ki, bir neçə gündür ki, fələstinli qruplarla İsrail arasında silahlı münaqişə yaşanır.
     

    Muxalifet3 - 13-11-2018

  19. ​500-ə yaxın məhkum elektron qolbaq daşıyır - Nazir

    Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verib.

    Muxalifet3 - 13-11-2018

  20. ​ATƏT-in alternativi yaradılır? - Nazarbayevdən təklif

    Astanada Qazaxıstanın Birinci Prezidenti Fondunun və Dünya İqtisadiyyat və Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Astana Klubu”nun IV görüşü keçirilir.

    Muxalifet3 - 13-11-2018

Pages