Axtarış

The search found 105857 results in 0.1 seconds.

Search results

  1. Sevgilisi Messinin yataq macəraların açdı: sanki bir cəsədlə... - FOTO

    Argentinalı model-yutuber Xoana Qonzalez həmvətəni olan dünyaca məşhur futbolçu Lionel Messi haqqında olay açıqlamalar verib.

    Publika.az xəbər verir ki, Peruda yayımlanan bir televiziya proqramına qatılan model 2011-ci ildə futbolçu ilə sevgili olduqlarını xatırladıb.

    X.Qonzalez Messinin yataq otağı sirrlərini ifşa edib:

    Muxalifet4 - 13-11-2018

  2. 21 yaşlı oğlan həyat yoldaşı ilə mübahisə etdi, ÖZÜNÜ ASDI

    Bərdə rayonunda 21 yaşlı oğlan intihar edib.

    "Report"un verdiyi məlumata görə, hadisə Zümürxan kəndində baş verib.

    Rayon sakini, 1997-ci il təvəllüdlü Təvəkkül Qəhrəman oğlu Əmiraslanov özünü yaşadığı evdə asıb.

    Muxalifet4 - 13-11-2018

  3. ​Vəzifəli şəxsin oğlu maşınla yeniyetmə qızı vurdu – ŞABRANDA

    Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.
    S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

    Muxalifet4 - 13-11-2018

  4. ​Türkiyədən Mübarizlə bağlı möhtəşəm süjet – VİDEO

    Türkiyəli tanınmış aparıcı, Türkiyə Xəbər Mərkəzinin baş rejissoru Əbdürrəhman Uzun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında süjet hazırlayıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, süjetdə jurnalist Mübariz İbrahimovun keçdiyi döyüş yolundan bəhs edir.
    Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərindən, ermənilərin törədiyi cinayətlərdən danışır. A.Uzun M.İbrahimovun şəhidlik mərtəbəsinə ucaldığı gündən danışır və bununla da şəhid qardaşlarının intiqamını aldığını vurğulayır:

    Muxalifet4 - 13-11-2018

  5. ​Erməni hərbi bölməsi Suriyaya göndərilir

    Ermənistan hərbi bölməsi yaxın müddətdə Suriyaya göndəriləcək.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri əvəzi David Tonoyan mediaya açıqlamasında deyib. O bildirib ki, bununla bağlı bütün sənədlərin imzalanması artıq başa çatır.
     
    Bölmənin tam hazır olduğunu bildirən Tonoyan əsgərlərin Suriyaya gedəcəyi dəqiq tarixi açıqlamayıb. Bu tarixin bu ilin sonu və ya gələn ilin əvvəlində olacağı ehtimal edilir.
     
    Qeyd edək ki, Ermənistan Suriyaya KTMT öhdəliyi çərçivəsində əsgər göndərir.
     

    Muxalifet4 - 13-11-2018

  6. ​Klinton yenidən qayıdır? - Ağ Evə doğru

    ABŞ prezidentliyinə keçmiş namizəd, sabiq dövlət katibi 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
    Bu barədə Hillari Klintonun sabiq müşaviri Mark Penn məlumat verib.

    Muxalifet4 - 13-11-2018

  7. Qəzzada şiddət dayanmır: Avropa çağırış etdi

    İsrail ordusu Qəzzanı bombardmana başlayıb.

    Xarici KİV-lər xəbər verir ki, hərbi təyyarələr Qəzzaya zərbələr endirib.

    Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında ötən gündən şiddətli qarşıdurma yaşanır. İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Paris səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb.

    ***

    İsrail ordusu havadan və qurudan Qəzzada 70-dən çox hədəfə zərbələr endirib.

    Hücum nəticəsində 3 fələstinlinin öldüyü bildirilib.

    Qəzzadan atılan raketlər səbəbindən isə 16 israilli xəsarət alıb.

    Muxalifet4 - 13-11-2018

  8. İngiltərənin baş nazirindən “Qaşıqçı” açıqlaması

    İngiltərənin baş naziri Teresa Mey, xarici işlər naziri Ceremi Hunun Səudiyyə Ərəbistandakı təmaslarında jurnalist Camal Qaşıqçı cinayətinin səbəbkarlarının hesabat verməsi lazım olduğunu açıq şəkildə dilə gətirdiyini bildirib.
     
    Londonun maliyyə mərkəzi "City Of Londonın" bələdiyyə sədri tərəfindən verilən ənənəvi yeməkdə çıxış edən Mey, ölkəsinin hüququn aliliyinə əsaslanan  beynəlxalq tərəfdaşları ilə iş birliyi içində olmağı davam etdirəcəyini söyləyib.

    Muxalifet3 - 13-11-2018

  9. ABŞ-a Qaşıqçı xəbərdarlığı! TRAMP CİNAYƏTİ ÖRT-BASDIR ETMƏK İSTƏYİR

    “Vaşinqton Post” Yayım Şurası, ABŞ Konqresinə, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini müzakirə etməsi və hadisənin arxasında Səudiyyə Ərəbistanı rəhbərliyinin olduğu təqdirdə lazımi addımları atmağa çağırıb.
     
    Qurum, Camal Qaşıqçı cinayətinə dair, "Bu ana qədər (ABŞ prezidenti Donald) Tramp rəhbərliyi Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini ört-basdır etməsinə dəstək verdi. Konqres də buna daxil olacaqmı" başlıqlı bir yazı qələmə alıb.

    Muxalifet3 - 13-11-2018

  10. Ərdoğandan ABŞ-a cavab! TƏLƏYƏ DÜŞMƏYƏCƏYİK

    Türkiyənin prezidenti Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Trampla Parisdə keçirdiyi görüşün detallarını açıqlayaraq, Vaşinqtonun üç PKK-lı başçının tapılması üçün pul mükafatı qoyması barədə, "Biz bunu, PKK ilə PYD-nin ayrı təşkilatlar olduğu iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun olduğunu başa düşürük. Bu oyuna gəlməyəcəyik" deyib.
     

    Muxalifet3 - 13-11-2018

  11. “Tramp, Merkel və Makron, qətlin səsyazmasını dinləyəndə şok oldular”: ƏRDOĞAN AÇIQLADI

    Türkiyənin prezidenti Ərdoğan, Parisdə Qaşıqcı cinayəti ilə bağlı səsyazmasını dinlətdiyi liderlərin "çox ciddi mənada" narahat olduqlarını bildirərək, "Səsyazma həqiqətən bir fəlakətdir. Trampda da, Merkeldə də, Makronda da bunu müşahidə etdim. Qatillər bu 18 nəfərin içindədir. Tapşırığı verənin kim olduğunu da ortaya çıxarılmasını istəyirik" deyib.
     

    Muxalifet3 - 13-11-2018

  12. Türkiyə o ölkədə hərbi baza qurur

    Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Sudanı səfəri zamanı Türkiyəyə təsis edilən Sevakin Adasında işlər davam edir. Adada ilk növbədə TSQ tərəfindən hərbi baza yaradılacaq. Bazanın kompleksi üçün lazımlı işləri aparılıb və yerləşməsi planlaşdırılan yer seçilib. TSQ-nin adada dəniz bazası yerləşməklə bərabər, quru və hava ünsürlərini də ehtiva edən bir bazanın qurulması gözlənilir. Adada sabit bir quru qoşunları xidmət edəcək və rotasiya qaydasında bu güc dəniz və hava ünsürləri tərəfindən dəstəklənəcək.
     
    ƏVVƏL TƏHLÜKƏSİZLİK

    Muxalifet3 - 13-11-2018

  13. “Şefinizə söyləyin, adamlar işlərini bitirdi” – QAŞIQÇI CİNAYƏTİ

    Camal Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn 15 nəfərdən birinin cinayətdən qısa müddət sonra apardığı telefon danışığında, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq, "Şefinizə söyləyin, adamlar işlərini bitirdi" dediyi iddia edilib.
     
    Amerikanın “The New York Times” (NYT) qəzeti, prezident Rəcəb Tayyib Ərdoğanın bəzi ölkələrə verdiklərini söylədiyi Camal Qaşıqçı cinayətilə bağlı Türkiyənin əlindəki dəlillər haqqında yeni bir iddia ortaya atıb.

    Muxalifet3 - 13-11-2018

  14. ““Türk Axını”na qarşı mübarizəmiz davam edir” – AMERİKALI NAZİR

    ABŞ-ın enerji naziri Rick Perri, “Türk Axını” ilə “Şimal Axını-2” boru kəmərlərinə qarşı mübarizə apardıqlarını söyləyərək, "Ukrayna və Avropa vətəndaşları, tək mənbədən enerji tədarükünün əsiri halına gəlməməlidir" - deyib.
     
    TÜRK AXININA QARŞI MÜBARİZƏMİZİ DAVAM ETDİRİRİK
     

    Muxalifet3 - 13-11-2018

  15. Hacı İbrahim Nehrəmlinin qardaşının işi məhkəməyə göndərildi

    Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi materialları ilə tanış olma mərhələsi başa çatıb.

    Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

    Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

    Muxalifet - 13-11-2018

  16. Jurnalist Namiq Həsənov hansı xarici kəşfiyyata işləyir? - RUSİYA ƏKS-KƏŞFİYYATI ONU CASUS ELAN ETDİ

    Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada işləyən və müxtəlif KİV-lərlə əməkdaşlıq edən azərbaycanlı jurnalist Namiq Həsənovun xarici kəşfiyyat xidmətlərinə casusluq etdiyindən şübhələnir. Bu barədə N.Həsənov özü haqqin.az və virtualaz.org saytlarının müxbiri ilə söhbətində bildirib.

    Muxalifet - 13-11-2018

  17. Avropa Parlamentində Səudiyyə Ərəbistanına sanksiya qərarı

    Avropa Parlamentinin (AP) üzvləri, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi səbəbindən Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə tətbiq edilməsini nəzərdə tutan qərar layihəsi hazırlayıb.
     
    Qaşıqçı cinayətindən sonra 1 əleyhinə, 325 lehinə olmaqla qəbul etdiyi qətnamədə Səudiyyəli jurnalistin öldürülməsini ən sərt şəkildə pisləyən və Səudiyyə Ərəbistanına Aİ miqyasında silah embarqosu tətbiq olunmasını tələb edən AP deputatları, embarqo məsələsində konkret addım atıb.

    Muxalifet3 - 13-11-2018

  18. Paşinyana KTMT xəbərdarlığı - Moskvada onu böyük imtahan gözləyir

    Erməni müxalifətinin əlinə fürsət düşüb; rusiyalı və azərbaycanlı politoloqlardan maraqlı şərhlər

    Ötən həftə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qurumun baş katibi vəzifəsinə Ermənistanın təqdim etdiyi namizədin qəbul edilməməsi erməni müxalifətinə baş nazir əvəzi Nikol Paşinyana qarşı hücuma keçməyə fürsət verib.

    Muxalifet - 13-11-2018

  19. “GÖRÜŞMƏMİŞİK, AMMA TELEFONLA DANIŞMIŞIQ…” – “Biz həmişə onu dəstəkləməyə hazırıq” (III HİSSƏ)

    Eks-prezident Ayaz Mütəllibov jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin qonağı olub. O, 3 saatdan artıq davam edən söhbət zamanı çoxsaylı sualları cavablandırıb, bəzi məsələlər haqda ilk dəfə və çox maraqlı açıqlamalar verib. “AzPolitika” “Strateq.az” saytına istinadla eks-prezidentlə maraqlı söhbəti təqdim edir: III HİSSƏ “Mən Şimalda qalmaq istəmirdim” – Şükür Cəlilov soruşur: “Mən bu insanın qapalı olduğunu hiss edərək hələ də Heydər Əliyev rejimindən çəkindiyinə şübhə etmirəm – Sizi deyir – əks təqdirdə onu Bakıya buraxmazdılar.

    Muxalifet - 13-11-2018

  20. ​Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

    Şəhid hərbi qulluqçuların vərəsələrinin ilk partiyasına birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Azvision.az-a bildirib ki, sənədləri qaydasında olan 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına bu gün vəsaitlər ödənilib. 

    Muxalifet - 13-11-2018

Pages