Axtarış

The search found 105857 results in 0.202 seconds.

Search results

  1. ABŞ-dan Səudiyyəyə “Qaşıqçı cinayəti” xəbərdarlığı

    Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşən ABŞ xarici işlər naziri Mayk Pompeo, "Camal Qaşıqçı-nın öldürülməsi hadisəsinə qarışan hər kəsin ABŞ tərəfindən məsul tutulacağını" qeyd edib.
     
    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, nazir Mayk Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındakı telefon danışığına dair yazılı açıqlama verib.

    Muxalifet3 - 12-11-2018

  2. ​“Mardan Palas” hoteli icarəyə verildi - ALICI TAPILMADI

    Azərbaycanlı iş adamı, AST şirkətinin qurucusu kimi tanınan Telman İsmayılovun Türkiyənin Antalya şəhərindəki dünyaca məşhur “Mardan Palas” hoteli icarəyə verilib.
    Muxalifet.az
    xəbər verir ki, külli miqdarda borc səbəbilə “Xalqbank”a verilən hotel bir neçə dəfə satışa çıxarılıb, lakin ona alıcı tapılmayıb.

    Muxalifet - 12-11-2018

  3. ​Ermənistanın sabiq müdafiə naziri BAKIYA İKİ DƏFƏ ZƏNG EDİB

    Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında operativ əlaqənin qurulması haqda suala cavab verib.
    Virtualaz.org bildirir ki, bu barədə “Sputnik-Armenia” xəbər yayıb.
    Ermənistan Respublika Partiyasının (ERP) Şura iclasından sonra jurnalistlərin bununla bağlı sualına cavab verərkən V. Sarkisyan deyib ki, Müdafiə Nazirliyinin indiki rəhbəri David Tonoyan artıq bu mövzunu şərh edib.

    Muxalifet - 12-11-2018

  4. ŞOK: Sabiq nazirin də Londondakı əmlaklarına təhlükə yarandı! / FOTOLAR

    Azərbaycanın talanan sərvətlərinin Avropaya, o cümlədən Londonda daşındığını təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu faktı Avropada yaşayan jurnalist Cavanşir Həsənli aşkarlayaraq, özünün facebook səhifəsində yayımlayıb. Daha dəqiqi, jurnalist Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına əldə edilən əmlakın sənədlərini və sahibini müəyyənləşdirərək ictimaiyyətə açıqlayıb. Belə ki, “Birləşmiş Krallıq, London, City Road 160, Kemp House” ünvanındakı əmlakın keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aid olduğu məlum olub.

    Muxalifet4 - 12-11-2018

  5. ​İcra başçısı Vaqif Abdullayevin daha bir kadrını İŞDƏN ÇIXARDI

    Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayev sələfi Vaqif Abdullayevin daha bir kadrını vəzifəsindən azad edib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, Asif Ağayevin müvafiq əmri ilə, icra hakimiyyətinin baş mütəxəssisi Abbaslı Cavid Vidadi oğlunu işdən çıxarıb. Hələlik onun yerinə təyinat yoxdur.
    Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.

    Muxalifet - 12-11-2018

  6. İsraillə “Həmas” arasında toqquşma!

    İsrail əsgərləri ilə Həmas təşkilatının hərbi qanadı Elkassam Briqadaları arasında Qəzzanın Xan Yunus bölgəsində intensiv döyüşlər getdiyi bildirilib. Döyüş zamanı 6 Fələstinlinin şəhid olduğu, 7 Fələstinlinin isə yaralandığı qeyd edilib. Toqquşmalarda bir İsrail əsgərinin də öldürüldüyü müəyyənləşib.
     
    Bölgədən verilən məlumata görə, bir israil əsgərinin də Elkassam Briqadaları tərəfindən əsir alındığı qeyd edilib.
     
    Qəssam komandirlərinə qarşı keçirilən sui-qəsdlər fitili yandırdı
     

    Muxalifet3 - 12-11-2018

  7. ​ABŞ tarixinin ən faciəvi yanğınını kosmosdan GÖRÜNTÜLƏDİ: 31 ölü, 228 itkin...

    ABŞ-ın Kaliforniya ştatında davam edən dəhşətli meşə yanğınları can almaqda davam edir.
    ştatı təsiri altına alan yanğın 31 nəfərin ölümünə səbəb olub.
    Butte bölgəsinin qubernatoru Kori Honeyanın təşkil etdiyi mətbuat konfransında Kaliforniyanın şimalında yerləşən San-Fransiskonun Paradise qəsəbəsində daha 6 nəfərin cəsədinin tapıldığı bildirilib. Beləliklə, qəsəbədə ölü sayı 29-a çatıb. Daha 2 nəfər isə Los Ancelesin Malibu şəhərində həlak olub. 228 nəfər isə hələ də itkindir.

    Muxalifet - 12-11-2018

  8. ABŞ-ın döyüş təyyarəsi düşdü!

    ABŞ ordusuna aid F/a-18 tilpi qırıcısının, Yaponiyanın Okinawa şəhəri yaxınlığında düşdüyü bildirilib.
     
    Təyyarədəki iki pilotun da katapult edərək tullandığı və sağ olduğu bildirilərkən, təyyarənin mexaniki bir problem yaşandığı qeyd edilib.
    ABŞ donanması, baş verən qəzadan sonra istintaq başladıb.
    Müxalifət.az

    Muxalifet3 - 12-11-2018

  9. ​Tacirin daha bir xanım sənətçiylə səmimi - FOTOSU

    Son günlər adı bir sıra xanım sənətçilərlə hallanan tanınmış müğənni Tacir Şahmalıoğlunun daha bir ifaçıyla fotosu yayılıb. Sosial şəbəkədə özüNü müğənni kimi təqdim edən Yağmur adlı gənc xanım Şahmalıoğluyla səmimi fotosunu paylaşıb. Qeyd edək ki, tanınmış müğənni barədə yayılan xəbərlər sırasında onun həmkarı Vəfa Şərifovanın uşağının atası olduğu iddialar da var idi.

    Muxalifet - 12-11-2018

  10. Hikmət Hacıyev Xarici İşlər Nazirliyini təkzib edir – Azərbaycan təəssüflənmir

    “Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”

    Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin Trend-ə müsahibəsində deyib.

    - Kütləvi informasiya vasitələrində Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumat verildi. Bu barədə nə deyərdiniz?

    Muxalifet - 12-11-2018

  11. ABŞ-dan daha bir siyasi fiasko

    Fransız politoloq Aleksandr Del Valle, ABŞ-ın xarici siyasətinin bir tərəfdən Rusiya, İran və Suriyaya, digər tərəfdən də Səudiyyə Ərəbistanına qarşı fərqli mövqeləri ortaya çıxan ikili standartlarının bu ölkəni beynəlxalq arenada bir daha siyasi uğursuzluğa düçar etdiyini yazıb.
     

    Muxalifet3 - 12-11-2018

  12. Sabiq nazirin oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının HƏDƏFİNDƏ - ONU NƏ GÖZLƏYİR?

    Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov, hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir, Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb.

    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Britaniya mənbələri məlumat yayıblar.

    Muxalifet4 - 12-11-2018

  13. "Biləsuvar" gömrük postunda ƏMƏLİYYAT: Narkotik vasitələr aşkarlandı

    Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
    DGK-dən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

    Muxalifet - 12-11-2018

  14. Şabranda DƏHŞƏTLİ QƏTL: Ruhi xəstəni "cin çıxartma" adı ilə...

    Şabran rayonunda fırıldaqçılar Bakı şəhər sakinini döyüb öldürüblər.
    Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.

    Muxalifet - 12-11-2018

  15. ŞƏHİD AİLƏSİNDƏN ŞOK AÇIQLAMA: 2000 manat rüşvət vermədiyimiz üçün evimizi başımıza uçurdular / VİDEO

    Muxalifet.az Azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, Səbail rayonu "Salyan şosesi 32" adlanan ərazidə Qarabağ döyüşçüsü və şəhid qardaşı Səxavət Məmmədovun evi icra məmurları tərəfindən uçurulub. Evi uçurulan şəxs Qarabağ döyüşçüsü və şəhid qardaşıdır. 

    "Şəhid pulu ilə ev tikdim 2000-min manat vermədim evimi başıma uçurdular" - deyən Qarabağ döyüşçüsü dövlət başçısından kömək istəyir.

    Muxalifet4 - 12-11-2018

  16. ​Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi

    Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib:
    “Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəisinin müavini təyin edilib”.
    Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.

    Muxalifet4 - 12-11-2018

  17. Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: NƏLƏRİ VAR, NƏLƏRİ...

    Türkiyədə “müalicəsi bitməyən” sabiq nazir məhşər ayağına çəkilə, əmlakları isə “milliləşə” bilər...

    Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb. Ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. İddia olunur ki, F.Məmmədov vəzifədə olarkən, ona məxsus xəstəxanada külli-miqdarda vergidən yayınmasına yol verilib.

    Muxalifet4 - 12-11-2018

  18. EKSPERTDƏN SENSASİON BƏYANAT - Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğluna girişəcək

    Hər şeydən görünür ki, Britaniya öz paytaxtına bütün dünyadan oliqarxların “zəvvarlığına” son vermək qərarına gəlib. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə "İzahedilməz Sərvət Sərəncamı"dır (UWO). Britaniya dövləti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən cinayət istintaqı başlatmaq hüququ əldə edib.

    Bu məcburi qəbul edilmiş qərardır, çünki belə getsə, tezliklə Londonda "təmiz ingilis" evləri torpaqları qalmayacaq.

    Muxalifet4 - 12-11-2018

  19. PKK-nın çirkli üzünü ifşa etdi: İRANLI TERRORÇU MƏNİ ZORLADI

    Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan Amed kod adlı terrorçu ifadəsində, 2015-ci ildə hələ 15 yaşında olarkən təşkilata qatıldığını, İraqın şimalına keçmədən Dağlıca kəndindəki bir bölgədə yenə özü kimi təşkilata yeni qoşulmuş Darşin kod adlı qadın terrorçuya təcavüz edilməsinə şəxsən şahid olduğunu deyib.
     

    Muxalifet3 - 12-11-2018

  20. ​Paytaxtda SİLAHLI İNSİDENT: Bakı sakini binanın girişində güllələndi

    Bakıda silahlı insident olub.
    Muxalifet.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovü güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
    Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.

    Muxalifet - 12-11-2018

Pages