Axtarış

The search found 105857 results in 0.104 seconds.

Search results

  1. Norveç Azərbaycandakı səfirliyini bağlayır

    Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar qəbul edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
     
    Norveç xarici işlər naziri Eriksen Soreyden bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.
    Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır".

    Muxalifet3 - 10-11-2018

  2. Erməni terrorçu Səfilyana Ermənistan vətəndaşlığı verilmədi

    Bununla Jirayr Səfilyan parlament seçkilərində iştirak etmək hüququndan məhrum olub. Erməni quldur, Şuşa və Kəlbəcərin işğalında dəstələrə rəhəbrlik edən Jirayr Səfilyana ön tarixlə (yəni 2-3 ay öncədən) vətəndaşlıq verilməkdən imtina edilib.
     
    Erməni mediası xəbər verir ki, Səfilyanın mənsub olduğu “Sasna tsrer” partiyasının mətbuat katibi Ermine Mkrtçyan hələ avqustun 1-dən bununla bağlı baş nazir Nikol Paşinyana müraciət etdiklərini söyləyib. Lakin baş nazirliyin mətbuat xidmətinin rəhbəri

    Muxalifet3 - 10-11-2018

  3. Müdafiə nazirindən Paşinyana xəbərdarlıq: Əks inqilab baş verə bilər

    Ermənistan müvəqqəti baş naziri Nikol Paşinyan ciddi səhvlər buraxmağa başlayıb. Maraqlısı budur ki, özünə güvənməyən bu şəxs təqsiri xalqda axtarmağa, öz səhvlərini insanların üstünə yıxmağa çalışır.
     
    Bunu Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib.

    Muxalifet3 - 10-11-2018

  4. ​Qubernator: Azərbaycanlılar tarixən burada fəal olublar

    Gürcüstanda yaşayan azərbaycanlılar tarixən bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıblar. Bu gün azərbaycanlı gənclər Gürcüstanın Avropaya inteqrasiyasında fəal rol oynayırlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatına həsr olunmuş tədbirdə söyləyib.

    Muxalifet3 - 10-11-2018

  5. ​NASA təhlükə barədə xəbərdarlıq yaydı: 30 metr böyüklüyündə...

    NASA 3 meteoridin Yerə yaxın məsafədən keçəcəyi ilə bağlı məlumat yayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti yazıb.
    Məlumata görə, NASA əməkdaşı Cozef Nut meteoridin ən böyüyünün 30 metr olduğunu və onun Yerə 5 milyon kilometrə qədər yaxınlaşaraq, kosmik fəzada yoluna davam edəcəyini bildirib.
    Mütəxəssilər sözügedən hadisənin yer kürəsi üçün potensial təhlükə olduğunu bildiriblər.
     

    Muxalifet3 - 10-11-2018

  6. ​Əsgər Heydər Əliyevin yeni FOTOSU

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də iştirak edib. Andiçmədən sonra DTX hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçid ediblər. Tribuna önündən keçid edən əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub. Qeyd edək ki, əsgər Heydər Əliyev sentyabrın 16-da Vətənə sədaqət andı içərək DTX-nın hərbi hissəsində xidmətə başlayıb.

    Muxalifet3 - 10-11-2018

  7. ​"Səbail"dən möhtəşəm qələbə, "Neftçi" "Zirə"yə qarşı

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tur start götürüb.
    Muxalifet.az xəbər verir ki, açılış oyununda "Sabah" komandası "Səbail"lə görüşüb.
    Görüşdə qonaqlar böyük hesablı qələbə əldə ediblər: 4:0.
    Günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edir. Hazırda görüşün ilk hissəsi başa çatıb.
     

    Muxalifet3 - 10-11-2018

  8. ​Səudiyyədə daha bir sui-qəsd: prezident öldürülüb?

    Qabon Prezidenti Əli Bonqo Ondimbanın Ər-Riyad səfəri əsnasında itkin düşməsi ilə bağlı yayılan məlumatlar əssassızdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Qabon prezident administrasiyası açıqlamaya yayıb.
    “Dövlət başçımız Əli Bonqo Ondimba Ər-Riyadda özəl xəstəxanalardan birində müalicə alır. Onun dinlənməyə ehtiyacı var. Komada olması və ya öldürülməsi barədə deyilənlər tamamilə əsassızdır. Vəziyyət ciddi deyil, sadəcə halsızlıqdan qaynaqlanır. Son aylarda gərgin iş rejimindən dolayı yoğunluq keçirir” - məlumatda qeyd olunub.

    Muxalifet3 - 10-11-2018

  9. ​Zamirə Hacıyeva: Məni tək buraxın! - Video

    Britaniya KİV-i Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın həbsdən buraxılması haqqında reportaj hazırlayıb. London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq məbləğində zaminliklə azadlığa çıxan Zamirə Hacıyeva gecə saatlarında polis şöbəsindən evə qayıdıb.

    Muxalifet3 - 10-11-2018

  10. ​Dünyanın ən gözəl qadınını azərbaycanlı milyarder necə bədbəxt etdi?

    Yaş üstünə yaş gəlir o isə daha da gözəlləşir. Malena filmi ilə kişilərin ağlını başından alan Monica Belucci və Vensan Kasselin sevgi hekayəsi ilə qarşınızdayıq.

    Muxalifet3 - 10-11-2018

  11. ​Ərdoğan Parisdə: Danışıqlar olacaq

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarəsi ilə Parisə gedib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan Fransaya Prezident Emmanuel Makronun dəvəti ilə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün 2 günlük rəsmi səfər edib. Həmçinin səfər çərçivəsində Ərdoğanın bir sıra ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparması planlaşdırıldığı bildirilib.
    Qeyd edək ki, Fransaya Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, sözçüsü İbrahim Qalın və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da səfər edib.
     

    Muxalifet3 - 10-11-2018

  12. ​Əslində onları ya əsgərimiz güllələməli, ya da... - Millət vəkili

    Bir xalqa qarşı cinayət törədənlər öz xalqını xoşbəxt edə bilməzdilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, cinayət edən mütləq cəzasını alır:

    Muxalifet3 - 10-11-2018

  13. ​Suriya ABŞ-a görə BMT-yə iki məktub göndərdi

    Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Suriyanın İraqla sərhədində yerləşən Hacin bölgəsinə təşkil etdiyi hava hücumu ilə bağlı BMT-yə iki məktub ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, nazirlik 26 nəfərin ölməsi ilə nəticələnən hücumla bağlı BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının rəhbərinə göndərilən rəsmi məktubda əsl hədəfin mümkün olduqca daha çox mülki vətəndaşın öldürülməsi, daha çox dağıntılar törətmək və evləri yox etmək olduğu vurğulanıb.

    Muxalifet3 - 10-11-2018

  14. SON DƏQİQƏ: ​ABŞ bombaladı, İraq ordusu 3 bazanı ələ keçirdi - DÜNYA BU ƏMƏLİYYATDAN DANIŞIR

    ABŞ liderliyindəki koalisiya qüvvələrinə aid hərbi təyyarələr İraqın Mosul şəhərinə aviazərbələr endirib.
    Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 14 İŞİD üzvü məhv edilib.
    İraq Birgə Əməliyyat Komandanlığının sözçüsü Yəhya Rəsul hücumdan dərhal sonra İraq təhlükəsizlik qüvvələrinin vurulan əraziyə daxil olduğunu, 3 hərbi bazanın tamamilə ələ keçirildiyini bildirib.
     

    Muxalifet3 - 10-11-2018

  15. ​Klimkin: Rusiyaya qarşı sanksiyalar ağırlaşdırılacaq

    Qondarma Donetsk və Luqansk respublikalarında keçirilməsi nəzərdə tutulan seçkilər Rusiyaya qarşı beynəlxalq sanksiyaları ağırlaşdıracaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin Tvitter hesabında qeyd edib.
    O, Donbasda keçirilməsi planlaşdırılan seçkinin Ukraynaya qarşı cinayət olduğunu bildirərək, bu cinayətin cəzasının sanksiyalar olacağını vurğulayıb.

    Muxalifet3 - 10-11-2018

  16. ​Goranboyda avtomobil 71 yaşlı kişini vurub

    Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 
    Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 10-11-2018

  17. ​Əli Həsənov: Bu ölkələrlə əlaqələrin inkişafında maraqlıyıq

    Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Nəbz”, “İmarat nyus”, “Şarcə24”, Misirin “İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb.

    Muxalifet3 - 10-11-2018

  18. ​Belçikada Səudiyyəyə etiraz: qətliamı dayandırın! - Foto

    Belçikanın paytaxtı Brüsseldə Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyası keçirilib.
    Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Belçikadakı səfirliyi önündə toplaşan etirazçılar Səudiyyənin Yəmən müharibəsindəki fəaliyyətlərinə qarşı çıxıblar.
    Aksiya iştirakçıları “Yəmən xalqı ilə həmrəylik”, “Qatil Səudiyyə”, “Terrorçu Səudiyyə”, “Yəməndəki qətliamı dayandırın” kimi şüarlar səsləndiriblər.
    Belçikadakı Yəmən dərnəklərinin təşkil etdiyi aksiyada 100 nəfər iştirak edib.

    Muxalifet3 - 10-11-2018

  19. ​Toz fırtınası Avstraliya şəhərini ağuşuna aldı - VİDEO

    Toz fırtınası Avstraliyanın Yeni Cənubi Uels ştatındakı şəhəri tam ağuşuna alaraq səmanı qırmızı və narıncı rəngə boyayıb.
    Muxalifet.az xəbər verir ki, insanı vahiməyə salan kadrlar “Youtube”də yerləşdirilib. Çarxın müəllifinin sözlərinə görə, bu, onun xatırladığı ən güclü fırtınadır.
    O qeyd edib ki, bəxtləri gətirib, çünki təbii fəlakət onlara daha əhəmiyyətli zərər vura bilərdi. 
     

    Muxalifet3 - 10-11-2018

  20. Prezidentdən əhaliyə ŞAD XƏBƏR

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad–Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilib.

    Muxalifet3 - 10-11-2018

Pages