Axtarış

The search found 105857 results in 0.111 seconds.

Search results

  1. ​Kəşfiyyatçı: Səudiyyə Qaşıqçı ilə bağlı bunu qəbul etməyəcək

    Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı beynəlxalq istintaqı qəbul etməyəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri şəhzadə Turki əl-Faysal deyib.
    O bildirib ki, Səudiyyənin qürurverici hüquq sistemi var, 2 oktyabrda İstanbul konsulluğuna getdikdən sonra itkin düşən jurnalistə görə ölkəsi bunu əsla qəbul etməyəcək.

    Muxalifet3 - 10-11-2018

  2. ​Gürcüstanın federasiya prezidenti: “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”

    “Azərbaycan kikboksinqçilərinin peşəkarlığı yüksək səviyyədədir”.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia jurnalistlərə açıqlamasında deyib.
    O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında Gürcüstan hər zaman Azərbaycan, Azərbaycan isə Gürcüstan idmançılarına azarkeşlik edib: “Gürcüstan və Azərbaycan yaxın qonşu və dost ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq”. 

    Muxalifet3 - 10-11-2018

  3. Moskvada ERMƏNİ TƏXRİBATI: “OMON” ilə azərbaycanlılar arasında KÜTLƏVİ DAVA - VİDEO

    Rusiyanın paytaxtı Moskvada keçirilən MMA döyüşü zamanı qarşıdurma yaranıb.

    Muxalifet.az Yenicag.az-a istinadən xəbər verir ki, buna ermənilərin təxribata əl atması səbəb olub.

    Belə ki, həmyerlimiz Tural Rəhimvun döyüşü zamanı qarşılaşmanı izləyən ermənilər Qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağı”nı açmaq istəyiblər. Bu zaman məsələyə müdaxilə edən azərbaycanlılar “bayrağı” ermənilərin əlindən alaraq cırıb.

    Muxalifet4 - 11-11-2018

  4. Şahzadənin qorxunc “Bəbir qvardiyası”… – BBC-dən sensasion film

    BBC-nin yayımladığı sənədli filmdə Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təlimatı əsasında həyata keçirilmiş cinayətlərdən bəhs edilib.

    Teleqraf.com xəbər verir ki, filmdə jurnalist Camal Qaşıqçı və Əli əl-Qaytani cinayətləri ilə yanaşı, həbs edilmiş şahzadələr Mütab bin Abdullah və Vəlid bin Təlala işgəncə verilməsi barədə iddialar yer alıb.

    Muxalifet4 - 11-11-2018

  5. Məşhur alimdən ŞOK XƏBƏRDARLIQ - Çörək sonsuzluq yaradır...

    Türkiyənin məşhur kardioloqu və daxili xəstəliklər üzrə professor Canan Karatay daha bir açıqlaması ilə gündəm yaradıb.

    Publika.az xəbər verir ki, dünən qatıldığı verilişlərin birində çıxış edən kardioloq çörəyin içində istifadə edilən gramür adlı maddənin sonsuzluq və əqli çatışmazlığa səbəb olduğunu deyib.

    Bundan əvvəl şəkər, çörək və veganlara qarşı müharibə elan edən Karataya həm dəstək verən, həm də tənqid edənlər olmuşdu.

    Muxalifet4 - 11-11-2018

  6. Ərdoğan Parisdə Trampla görüşdü - FOTO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Parisdə bir araya gəlib.

    Muxalifet.az xəbər verir ki, iki ölkənin başçısı Fransa Prezidenti Emanuel Makron tərəfindən dövlət, hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən şam yeməyində bir müddət söhbət ediblər.

    Parisdə səfərdə olan Türkiyə prezidenti "Picasso Bleu et Rose" sərgidə iştirak etdikdən sonra Emanuel Makron tərəfindən verilən axşam yeməyinə qatılıb.

    Muxalifet4 - 11-11-2018

  7. MEŞƏDƏ DƏHŞƏTLİ QƏTL - 18 yaşlı qızın qatilini Feysbuk yazışmaları üzə çıxardı

    Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu qəsəbəsində törədilmiş ağır cinayətin üstü açılıb.

    Muxalifet4 - 11-11-2018

  8. Saatlıda ana və 1 yaşlı oğlu QƏZADA ÖLDÜ - YENİLƏNİB

    Ötən gecə Saatlı rayonunun Bəylik kəndində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar dəqiqləşib. Publika.az xəbər verir ki, “Opel Vectra” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində vəfat edən şəxslərin sürücü, 5 fevral 1984-cü il təvəllüdlü Qəmbərov Şamo Səlamət oğlunun həyat yoldaşı ilə 1 yaşlı oğlu Raudun olduğu müəyyənləşib. Məlumata görə, sürücü Ş.Qənbərov VİB LTD şirkətində çalışır. O, ailəsi ilə rayona gedəndə dəhşətli qəza baş verib. *** Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

    Muxalifet4 - 11-11-2018

  9. ​23 yaşlı qadın dərmandan zəhərlənərək öldü

    Abşeron sakini içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.
    "Report"un məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
    1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 11-11-2018

  10. Qaşıqçının şok məktubu üzə çıxdı - "SALMANI İCTİMAİYYƏTDƏN TƏCRİD ETMƏK LAZIMDIR"

    “Vaşinqton Post” redaktoru Karen Attiah qətlə yetirilən jurnalist Camal Qaşıqçının sentyabr ayında ona elektron poçt göndərərək, ölkəsindəki vəziyyətdən şikayətləndiyini bildirib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Attiah bu barədə “Vaşinqton Post” qəzetindəki məqaləsində yazıb. O, Qaşıqçının məktubunu yazıya əlavə edib: “Ailəm və dostlarım səsimi çıxarmamağım üçün mənə təzyiq göstərir, amma bunu etməyim doğru deyil. Kifayət qədər ərəb ölkəsi çətin vəziyyətdədir. Öz ölkəmin də bunlardan biri olmasını istəmirəm”.

    Muxalifet4 - 11-11-2018

  11. ​Rusiya ilə Türkiyə arasında viza rejimi ləğv edilir? - NAZİR MÜAVİNİ AÇIQLADI

    Rusiya ilə Türkiyə arasında viza rejiminin asanlaşdırılması üçün davamlı olaraq danışıqlar aparıram.
     
    Bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
     
    “Görüşlər olduqca yaxşı formada davam edir. Mövcud viza rejiminin sərbəstləşdirilməsi məsələsində konsulluq xidmətləri arasında davamlı dialoq aparırırq. Burada müəyyən pasport kateqoriyalarının sahibləri üçün vizasız rejimdən söhbət gedir”, - deyə o bildirib.
     
     
     

    Muxalifet4 - 11-11-2018

  12. Norveçlə Azərbaycan arasında nə baş verir? – SƏFİRLİYİN BAĞLANMASINA REAKSİYA / YENİLƏNİB

     Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanması barədə bu ölkə hökumətinin qərarından təəssüfləndiyini bildirib.
     
    Norveç səfirliyinin bağlanması təəssüf doğurur, lakin Norveç hökumətinin qərarı belədir, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Leyla Abdullayeva bildirib.
     

    Muxalifet4 - 11-11-2018

  13. ​Koçaryan Avropa Məhkəməsinə şikayət etdi: “Bazar ertəsi bəyanatla çıxış edəcəyik”

    Ermənistanda konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayətlə müraciət ediblər.
    Muxalifet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan bildirib.
    “Biz baş verənlərin ədalətli məhkəmə istintaqının, məhkəmə müdafiəsinin və hüquqların müdafiəsinin konvensiyaya uyğun olub-olmaması barədə şikayətlə müraciət etmişik. Hazırda təfərrüatlarını təqdim edə bilmərəm. Bazar ertəsi bəyanatla çıxış edəcəyik”, - Koçaryanın vəkili deyib.

    Muxalifet4 - 11-11-2018

  14. Tərkibində zərərli orqanizmlər aşkarlanan 26 ton kartof hələ də GÜRCÜSTANA GERİ QAYTARILMAYIB

    Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin Maliyyə Nazirliyinə istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.
    DGK bildirir ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.

    Muxalifet4 - 11-11-2018

  15. “Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir” – ƏRDOĞAN

    Səudiyyəli jurnalist Camal Qaşıqçının qatilləri Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasındadır. Onları hardasa başqa yerdə axtarmağa dəyməz.

    “Report” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Parisə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib.

    Türkiyə lideri həmçinin əmin olduğunu bildirib ki, Səudiyyə Ərəbistanının hakimiyyəti Qaşıqçının qatilinin və ya qatillərinin adlarını bilir.

    Muxalifet4 - 11-11-2018

  16. ​Avropa Liqasının finalına 200 gün qaldı!

    Düz 200 gün sonra 56 klubun iştirak etdiyi nüfuzlu turnirin – UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.
     
    Muxalifet.az xəbər verir ki, Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki yüksək nəticə göstərən “Çelsi”, “Arsenal” və “Milan”, eləcə də “Sevilya”, “Marsel”, “Latsio”, “Beşiktaş”, “Fənərbaxça”, CSKA, “Zenit” kimi əfsanəvi klublardan yalnız ikisinin qarşılaşmasını izləmək imkanı qazanacaqlar.
     

    Muxalifet4 - 11-11-2018

  17. ŞOK: 34 manatlıq cəriməyə görə polisin gözü önündə avtomobilini yandırdı - FOTO

    Türkiyənin Karabük bölgəsində qəribə hadisə baş verib.

    Belə ki, Karabük-Yenicə avtomobil yolu istiqamətində hərəkət edən bir avtomobil jandarmanın keçirdiyi reydlər çərçivəsində saxlanılıb.

    Avtomobilin faralarında çatışmazlıq olduğuna görə, jandarm dəstəsi sürücüyə 108 tl (34 azn) cərimə yazıb.

    Muxalifet4 - 11-11-2018

  18. Türkiyə kəşfiyyatı bir neçə əhəmiyyətli dəlili AÇIQLAYACAQ - Qətl 72 kameradan incələndi

    Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilməsinə dair müzakirələr davam edir.
    Muxalifet.az xəbər verir ki, qətli araşdıran Ədliyyə Nazirliyinin məlumatına görə, Qaşıqçının cəsədinin kimyəvi turşuda əridilməsinə dair əldə tutulacaq ciddi bir dəlil yoxdur.

    Muxalifet4 - 11-11-2018

  19. Sanki nə vaxtsa evimizə qayıdacağımı gözləyirəm - ALEKSEY MANVELYANIN AZƏRBAYCAN XATİRƏLƏRİ

    Sanitar qadın deyinə-deyinə gedib gəlir. Tibb bacısı mənə qoşduqları cihazın monitoruna baxır...

    "Yenə nə oldu? Niyə tövşüyürsünüz? Baxın, tənəffüsünüzü 99 faiz göstərir. Kaş mənim nəfəsim sizinki kimi olaydı. Qan təzyiqiniz də yaxşıdır: 110-un 75-ə. Bir dənə ağrıkəsən iynə də vuraram, çalışın yatın", - dediyinə görə, bu, altıncı ağrıkəsən iynədir.

    Vaxt elə bil dayanıb. Narkozun təsiri keçdikcə, ayılıb vaxt soruşanda cavab vermirlər.

    Yəqin, reanimasiyanın qaydası belədir, xəstəyə vaxtı demək olmaz. Amma pəncərə pərdəsinin arasından qaranlıq görünür.

    Muxalifet4 - 11-11-2018

  20. 21 YAŞLI MİLYONÇU - O, necə varlandı...

    2008-ci ildə iqtisadi böhran dərinləşəndə Maykl Saymanın 13 yaşı var idi. Onun valideynləri kiçik restoran işlədirdilər. Kütləvi yoxsullaşma müştərilərin sayını xeyli azaltmışdı. Biznesin borcu xərcini ödəmirdi.

    Muxalifet4 - 11-11-2018

Pages