Axtarış
The search found 105857 results in 0.177 seconds.
Search results
Salome Zurabişvili: "Məni və övladlarımı ölümlə hədələyirlər"
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu müsajları aldığını bildirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu prezidentliyə namizəd keçirdiyi brifinqdə bildirib.Muxalifet - 12-11-2018
Putin əvvəlki reytinqini geri gətirə bilməyəcək - Siyasi ekspert Valeri Solovey
Rusiya prezidenti Vladimir Putin bundan sonra öz reytinqini vətənpərvər və militarist ritorika hesabına artıra bilməyəcək.
Bunu “Siapress”ə müsahibəsində rusiyalı siyasi ekspert Valeri Solovey deyib. Onun sözlərinə görə, bu metodlar Putinə 2014-cü ildən indiyə qədər populyarlığını artırmaq üçün yararlı olsa da, indi bu imkanlarını itirməyə başlayıb:Muxalifet - 12-11-2018
Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri - İTTİHAM
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsisində məqsəd adından bəlli olduğu kimi, alternativ enerji ilə müxtəlif məntəqələri təmin etmək idi. Bu proqram çərçivəsində dövlət büdcəsindən layihələrin icrası üçün agentliyə fantastik məbləğlərdə vəsaitlər yönəldilib.
Muxalifet4 - 12-11-2018
Damladan ŞOK ETİRAF: “Efirə çıxmağa paltarım olmayıb, o mənə…” - Video
ARB TV-nin "Hüseynova bacıları” verilişinin növbəti qonağı gənc ifaçı Damla olub.
Muxalifet.az xəbər verir ki, şou-biznesdəki müğənnilər haqqında söhbət zamanı Damla Könül Kərimovanı anası adlandırıb:Muxalifet - 12-11-2018
Faiq Ağayev deputat olmaq istəyir - VİDEO
ARB TV-nin "Kim var, kim yox?” verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev olub.
Muxalifet.az-ın məlumatına görə, sənətçi deputat olmaq istədiyini deyib:
"Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Biraz zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlilərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”.
Muxalifet4 - 12-11-2018
Tramp Parisdə müttəfiqləri tərəfindən təcrid olundu
Parisdə I Dünya Müharibəsini sona çatdıran atəşkəs müqaviləsinin 100-cü ildönümü zamanı Avropalı liderlərin millətçilik əleyhinə mesajlar verməsi, ABŞ prezidenti Donald Trampın müttəfiqləri tərəfindən yalnız buraxıldığı istiqamətində şərh olundu.
Böyük Britaniyanın aparıcı maliyyə qəzetlərindən olan “Financial Times”, Amerika mediasından “Bloomberg” və “Vaşinqton Post”, xüsusilə Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkelin açıqlamalarını Trampın təcrid edilməsi şəklində şərh etdi.Muxalifet3 - 12-11-2018
Əli Abbasovun oğlu LONDONDAKI MÜLKƏLƏRİ haqda açıqlama verdi - "Bina şəkli qoyub, iddia edirsiniz ki..."
Avropada yaşayan jurnalist Cavanşir Həsənli keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda qiymətli əmlakının olduğu və onun yeni şirkət təsis etdiyi barədə məlumat yayıb.
Muxalifet4 - 12-11-2018
Ərdoğanla danışdım: Bakı ilə birgə... - Vladimir Jirinovski
Muxalifet.az Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin Report-a müsahibəsini təqdim edir:
- Xoş gördük, Vladimir Volfoviç. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin dörd dəfə görüşüblər. Bu fakt sevindirməyə bilməz. Zəhmət olmasa, bu görüşlərin nəticələri və perspektivləri barədə məlumat verərdiniz.Muxalifet - 12-11-2018
Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı
Həbsindən əvvəl israrla bu mülkləri ərinin biznesindən gələn halal pulla aldığını iddia edən Zamirə Hacıyeva “val”ı dəyişməyə məcburdur, amma...
Muxalifet4 - 12-11-2018
Moskvada ermənilər və azərbaycanlılar arasında kütləvi dava - VİDEO
Moskvada “ACB 90” qarışıq əlbəyaxa döyüş (MMA) turnirində azərbaycanlılarla ermənilər arasında dava düşüb.
Muxalifet4 - 12-11-2018
İrandan kritik açıqlama: ORDUMUZ HAZIRDIR
İran Ordusu silahlı qüvvələrin İran neft tankerlərini hər cür təhdidə qarşı qorumağa hazır olduğunu açıqlayıb.
Müxalifət.az
Muxalifet3 - 12-11-2018
DİN 25 yaşlı gənci öldürən “cin çıxaran”ların FOTOSUNU YAYDI
Şabran rayonunda “cin çıxaran” şəxslərin 25 yaşlı gənci öldürməsi ilə bağlı rəsmi məlumat yayılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Muxalifet4 - 12-11-2018
Putin yenidən Türkiyəyə gəlir
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuriy Uşakov, Putinin Türk Axını qaz kəməri layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçiriləcək mərasim üçün 19 noyabrda İstanbula gələcəyini söyləyib. “İzvestiya” qəzetinə açıqlama verən Uşakov, "Rusiya prezidenti Vladimir Putin Türk Axını qaz kəməri layihəsinin dənizdən keçən hissəsinin tamamlanmasına yönəldilmiş mərasimə qatılacaq. Mərasim 19 noyabrda İstanbulda keçiriləcək" deyib. Uşakov, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini vurğulayıb.
Muxalifet3 - 12-11-2018
“Bəzi uydurmalar məni çox təəcübləndirir..." - LUKAŞENKO KTMT SAMMİTİNİN ARDINCA AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞDÜ
Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edib. Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Lukaşenko Astanada ötən həftə keçirilən KTMT sammitindən danışıb. Bildirib ki, mətbuatda yazılanların əksinə olaraq Astana sammitində KTMT baş katibinin təyinatı məsələsi heç də əsas müzakirə mövzusu olmayıb.
Muxalifet - 12-11-2018
Türkiyədə miqrantları daşıyan qayığ batdı: 10 nəfər itkindir
Türkiyədə miqrantları daşıyan qayıq batıb.
Muxalifet.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə İzmir sahillərində qeydə alınıb.
Batmış qayıqdan 2 nəfər sahilə üzərək xilas olub. 10 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam edir.Muxalifet - 12-11-2018
Yağışlı hava şəraiti daha iki gün davam edəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, noyabr ayının 13-14-də ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək: "Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin noyabr ayının 13-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var".
Muxalifet4 - 12-11-2018
Paşinyanın Qarabağla bağlı atacağı ADDIMLAR ÜZƏ ÇIXDI: Gələn ay torpaqlarımızda kəskin...
Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunur. Ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər Paşinyanın danışıqlar masasına qayıdacağını hesab etsələr də, onun Qarabağ kartını sona qədər istifadə etməsi üçün yeni təxribatlara əl ata biləcəyi də istisna deyil.
Muxalifet - 12-11-2018
Azərbaycan XİN Paşinyana cavab verdi
"Ümid edirik ki, Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistan Respublikasının xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir".
Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.Muxalifet - 12-11-2018
Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları başlayıb – VİDEO
Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədi ilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.
Muxalifet - 12-11-2018
Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib - YENİLƏNİB
Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub.
Muxalifet4 - 12-11-2018