Axtarış
The search found 105857 results in 0.166 seconds.
Search results
İran hökümətini devirmək istəyən müxalifət sanksiyaları dəstəkləyir - SİYASİ FƏAL
“Azərbaycan Milli Hərəkatı içərisindəki siyasi qruplar və partiyalar, mənə görə, xalqa bunu anlatmalıdırlar ki, bu sanksiyalar sizi deyil, İran rejimini hədəf alır”. Siyasi fəal Davud Turan “Amerikanın Səsi” ilə söhbətdə bildirir.
Donald Tramp adminstrasiyasının bərpa etdiyi yeni sanksiyalar İranın gəmiçilik, aviasiya, maliyyə və enerji sektorlarını hədəf alır.
Keçmişdə tətbiq edilmiş sanksiyaların da olduqca təsirli olduğunu önə çəkən Davud Turan yeni dövr sanksiyaların daha ağır və daha effektiv olacağını vurğulayır:Muxalifet4 - 11-11-2018
Bu qadınla sevgili olana 134 milyon manat veriləcək - BİR ŞƏRTİ VAR
İngiltərənin ən gənc milyonçusu Ceyn Park özünə qəribə üsulla sevgili axtarır.
Publika.az xəbər verir ki, 23 yaşlı milyonçu onunla sevgili olan şəxsə 60 milyon funt-sterlinq (134 milyon manat) verəcəyini açıqlayıb.
Milyonçu olduqdan sonra xoşbəxt yaşaya bilmədiyini deyən Ceyn onu həqiqətən sevəcək kişiyə sərvətindən pay verməyə hazır olduğunu deyib. “Deyli Mirror” qəzetinə müsahibə verən 23 yaşlı sərvət sahibi bu payın qarşılığında sadəcə sədaqət tələb edir.Muxalifet4 - 11-11-2018
ABŞ 5 000 terrorçunu silahlandırdı və... - Türkiyə sərhədində GƏRGİNLİK
ABŞ Suriyanın Haseke bölgəsində 5 000 PKK terrorçusu üçün hərbi təlimlər təşkil edib.
Muxalifet.az xəbər verir ki, təlimlərdən sonra terrorçulara məzun diplomları və ixtisaslarına uyğun silah verilib.
Türkiyə mətbuatının məlumatlarına görə, Haseke bölgəsində terrorçulara bomba, ağır silah, zenit qurğular, tank əleyhinə mexanizmlər istifadəsi, nizami və qeyri-nizami döyüş şəraitində fəaliyyət aparılması öyrədilib.Muxalifet4 - 11-11-2018
Əmisinin gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı YENİ XƏBƏR
Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib.
Belə ki, son olaraq rayonun Tülər kənd sakini Nazim Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Beləliklə dəhşətli linçetmə hadisəsi və qətllə bağlı həbs edilənlərin sayı 6-ya çatıb. Daha əvvəl E.Əsədovun qaçırdığı Aynurun atası, qayını, əri və daha 2 kənd sakini məhkəmə qarşısına çıxarılaraq barələrində həbs qərarı verilmişdi.
Muxalifet4 - 11-11-2018
Ruhanidən kritik ABŞ açıqlaması: "Peşman olacaqlar"
ran prezidenti həsən Ruhani ABŞ-ın 5 noyabrda ölkəsinə tətbiq etdiyi sanksiyalar ilə bağlı açıqlama verib.
Muxalifet.az xəbər verir ki, prezident ABŞ-ın tətbiqinə başladığı sanksiyalardan geri addım atmaq məcburiyyətinə qaldığını və İran neftinin qiymətini sıfıra endirə bilməyəcəyini etiraf etdiyini deyib.
Muxalifet4 - 11-11-2018
Ağstafada bədbəxt hadisə: Dəmiryolu işçiləri xəstəxanalıq oldu
Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.
Hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.
Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.
Muxalifet4 - 11-11-2018
85 saniyədə 1 milyard dollarlıq mal satdılar
Çində hər ilin 11 noyabr tarixində keçirilən “Subaylar günü” münasibəti ilə alış-veriş kampaniyası bu dəfə yeni rekordla əlamətdar olub.
Publika.az xəbər verir ki, ənənəvi olaraq keçirilən “Singles Day”da Çinin əsas onlayn alış-veriş saytı olan “Alibaba.com” vasitəsi ilə 85 saniyədə 1 milyard dollarlıq mal alınıb. Qeyd edək ki, keçən il 1 milyardlıq hədd 2 dəqiqənin yekununda keçilmişdi.
Muxalifet4 - 11-11-2018
Qəbələdə faciə: dağdan yıxıldı
Bu gün Qəbələ rayonunda faciəvi hadisə baş verib. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.
Muxalifet4 - 11-11-2018
Putindən Trampa maraqlı jest - FOTO
Rusiya Prezidenti Vladimir Putin və Donald Trampın Parisdəki tədbir çərçivəsində görüşündə maraqlı an yaşanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, təntənəli mərasim üçün Zəfər tağına toplaşan liderlərə yaxınlaşan Putin Trampla görüşdükdən sonra ona baş barmağını qaldıraraq hər şeyin qaydasında olduğunu bildirib.
Daha sonra Melaniya Trampla da görüşən Putin sonda Trampın qoluna toxunaraq onun üçün nəzərdə tutulmuş hissəyə keçib.
Muxalifet4 - 11-11-2018
Putin: Rusiya NATO sərhədlərində təlim keçirmir
Rusiya NATO sərhədlərinə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirməməyə çalışır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim sonuncu böyük təlimlərimiz şərqdə - NATO sərhədlərindən minlərlə kilometr aralıda baş tutub”, - Putin bildirib.
Muxalifet3 - 11-11-2018
Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri
Donald Trampın davranışları hər kəs üçün təxmin edilməyən şərtlər yaradır.
Muxalifet.az xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani deyib.
O bildirib ki, Tramp nüvə razılaşmasını pozmaqla yanaşı, İranı qarışdırmaq niyyətindədir:
“ABŞ-ın terrorizmlə mübarizəsi inandırıcı deyil. Çünki onlar İŞİD-i yaratdı”.
Muxalifet3 - 11-11-2018
Cüdoçumuz qalib oldu: Rəqib döyüşə çıxmadı...
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran Pridə Azərbaycan yığması 4 medal qazanıb.
Muxalifet.az xəbər verir ki, yarışın sonuncu günündə 3 qızıl medal əldə olunub.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev finalda almaniyalı Kristian Totla döyüşməli olsa da, rəqibi görüşə çıxmadığı üçün qalib elan edilib.
100 kq çəkidəki Elmar Qasımov həlledici görüşdə fransalı Aleksandr İddiri ipponla yenib.
Qadınların mübarizəsində isə İrina Kindzerska 78 kq-dan yuxarı çəki dərəcəsində almaniyalı Karolin Vayssı ipponla üstələyib.Muxalifet3 - 11-11-2018
Putin: Trampla yaxşı söhbət etdik
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Parisdə söhbət etdiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin yaydığı məlumatda deyilir.
Putin Trampla söhbəti yaxşı adlandırıb.
Muxalifet3 - 11-11-2018
Moskvada bomba təhlükəsi: vağzallar boşaldıldı
Moskvada insanlar dəmir yolu vağzallarından təxliyə olunub.
Muxalifet.az “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb anonim bomba xəbərdarlığı olub.
Naməlum şəxs zəng edərək bildirib ki, paytaxtın Kiyev vağzalında partlayıcı qurğu quraşdırılıb. Bundan sonra vağzaldan minədək insan təxliyə olunub.
Ardınca Belarus vağzalına bomba qoyulduğu bildirilib və təxliyə işlərinə başlanılıb.
Hələlik bomba xəbərdarlığının doğru olub-olmadığı məlum deyil.
Muxalifet3 - 11-11-2018
SON DƏQİQƏ: Türk ordusu hücuma keçdi – ÖLƏNLƏR VAR
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın Hakurk ərazisində təşkil etdiyi avia-əməliyyatlar nəticəsində 4 terrorçu öldürülüb. Baş Qərargahın məlumatına görə, terrorçulara aid sığınacaq, silah anbarları və artilleriya qurğuları da məhv edilib.
Muxalifet3 - 11-11-2018
Fransanın sözü keçmədi: Putinlə Netanyahu görüşdü
Putinlə Netanyahu Yelisey sarayının foyesində söhbətləşiblər.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
“Putinlə Netanyahu ayrıca müzakirə aparıblar”, - deyə sözçü bildirib.
Muxalifet3 - 11-11-2018
Xəzərdə nəhəng layihə: Yaxın müddətdə...
Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə daha da genişləndiriləcək. Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sira xarici investorlarla danışıqlar aparılır.
Muxalifet3 - 11-11-2018
Atatürkün bu heykəli etiraz doğurdu - Foto
Türkiyənin İzmir şəhərinin Buca mahalında yerləşən Çevik Bir Meydanına qoyulmuş Atatürk heykəli narazılıqlara səbəb olub.
Muxalifet.az xəbər verir ki, sakinlər heykəlin Atatürkə bənzəmədiyini deyiblər. Bundan sonra Buca bələdiyyəsi məsələ ilə bağlı açıqlama yayaraq, sakinlərin narazılıqlarının başadüşülən olduğunu və problemin dərhal aradan qaldırılacağını bildirib:
“Atatürkün heykəlinin düzəldilməsi ilə bağlı işlərə start verilib. 15 gün ərzində işlər tamamlanacaq”.
Muxalifet3 - 11-11-2018
"Liverpul" "Fulhem"ə qalib gələrək liderliyə yüksəldi
İngiltərənin "Liverpul" komandası "Anfield Road"da 2:0 hesabı ilə "Fulhem"ə qalib gəlib.
Muxalifet.az xəbər verir ki, matç İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilib.
"Liverpul"un qollarını misirli hücumçu Məhəmməd Salah və isveçrəli yarımmüdafiəçi Xerdan Şaqiri vurub.
Bu qələbədən sonra xallarını 30-a çatdıran mersisaydlar oyun çoxluğu ilə liderliyə yüksəliblər.
Muxalifet3 - 11-11-2018
Evdə hazırladığı 100 manatlarla kəndlini aldatdı
Hazırladığı saxta 100 manatlıq əkskinaslarla qoyun və balıq alan şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, əməlindən peşiman olub və cəzasının yüngülləşdirilməsini xahiş edib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu Siyəzən rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Muxalifet3 - 11-11-2018