Axtarış
The search found 105857 results in 0.091 seconds.
Search results
"Ərim mənim balamdır" - Elnarə - VİDEO
Dörd ildən bir cütlüklər ayrılma krizi yaşayırlar. Hər dəfə bu təkrar olunur.
Muxalifet3 - 11-11-2018
Paris Sülh Forumu öz işinə başladı
Noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdə iştirak edən 70 dövlət və hökumət rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan günortadan sonra Paris Sülh Forumuna gəliblər.
Ölkəmiz tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.Muxalifet3 - 11-11-2018
Azərbaycanlı qız həbsə məhkum edildi
Urmiyanın İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini 1 il həbs cəzasına məhkum edib. Muxalifet.az xəbər verir ki, fəal Urmiya İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi zaman ona bu barədə bildirilib. Məhkəmə hakim Səbirəli Çabok tərəfindən çıxarılan qərarı yazılı şəkildə elan etməkdən imtina edib. Qeyd edək ki, E.Qasimi digər bir fəal Fərzad Əsədpurun anım mərasimində çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub.
Muxalifet3 - 11-11-2018
Norveç qalmaq üçün gedir – TƏHLİL
Turan Analitika Xidməti
Norveç XİN noyabrın 9-da 1998-ci ilin iyulunda Bakıda diplomatik missiyasının açıldığı gündən etibarən Cənubi Qafqazda krallığın yeganə diplomadik nümayəndəliyi olan Azərbaycandakı səfirliyinin 2019-cu ildən etibarən bağlandığını elan edib. Bu regionda Norveçin diplomatik mərkəzi Gürcüstana köçürülür. Norveç-Azərbaycan münasibətləri Norveçin Ankaradakı səfirliyinin yurisdiksiyasına verilir.
Muxalifet4 - 11-11-2018
Tramp Turqut Özalla dostluq edirmiş
ABŞ Prezidenti Donald Tramp Türkiyənin mərhum prezidenti Turqut Özalla dostluq edirmiş.
Muxalifet.az xəbər verir ki, hələ illər əvvəl mətbuatda “Turqut Özalın skandal dostu” başlıqlı xəbər yayılıb.
Bəlli olub ki, həmin xəbərdə Özalın Amerikaya səfər edərkən dostu, milyarder Trampın evində qalacağı bildirilib.
Həmin vaxt media Trampın göydələnləri, qumarxanaları və skandalları ilə məşhur olduğunu qeyd edib.
Dövrün mətbuatı bildirib ki, Özal cütlüyü Trampın Mayamidə yeni aldığı malikanəsində qonaq olacaq.
Muxalifet3 - 11-11-2018
SON DƏQİQƏ!!! Əhaliyə ŞAD XƏBƏR - RƏSMİ
"Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.
Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.
Muxalifet3 - 11-11-2018
Trampla Putini yanaşı oturmağa qoymadılar
Yelisey Sarayında çalışan əməkdaşlar nahar zamanı prezidentlərin yerlərində dəyişiklik olub.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, bu səbəbdən Putinlə Tramp üzbəüz oturublar və onların nahar zamanı söhbətləşmək imkanı olmayıb.
Lakin Putin artıq öz açıqlamasında Trampla görüşmək imkanı əldə etdiyini bildirib.
Qeyd edək ki, Paris Sülh Forumu öz işinə başlayıb.
Muxalifet3 - 11-11-2018
Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...
Əfqanıstanın Qəzni vilayətində Taliban qruplaşmasının hücumu nəticəsində ən azı 25 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, ölənlərdən 10-u hüquq-mühafizə orqanlarının nümayəndəsi, 15 nəfəri isə dinc sakindir.
Hücum nəticəsində 17 nəfərin də yaralandığı bildirilir.
Muxalifet3 - 11-11-2018
Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...
Britaniya rəsmiləri jurnalist Camal Qaşıqçının konsulluqda öldürülməsinin etiraf edilməsindən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər ediblər.
Muxalifet.az xəbər verir ki, Səudiyyə mediası Britaniya Baş naziri Tereza Meyin xüsusi nümayəndəsinin və Xarici İşlər Nazirliyi rəsmisinin paytaxt Ər-Riyadda Kral Salmanla görüşdüyünü yazıb.
Görüş zamanı ikitərəfli münasibər və əlaqələr müzakirə edilib.
Muxalifet3 - 11-11-2018
"Barselona" gözlənilmədən məğlub oldu: Messi...
İspaniya La Liqasında "Barselona" öz meydanında gözlənilmədən "Real Betis"ə məğlub olub.
Muxalifet.az xəbər verir ki, zədəsini sağaldan Messinin də oyunda yer almasına rəğmən, Kataloniya klubu 4-3-lük məğlubiyyətdən yaxa qurtara bilməyib.
"Betis"in qollarını Firpo, Xuakin, Lo Kelso və Kanales vurub. "Barsa"nın heyətində isə Messi (2) və Vidal fərqlənib.
Muxalifet3 - 11-11-2018
Misirdə pişik mumiyaları aşkarlandı - Foto
Misirdə aparılan qazıntılar zamanı böcəklərin və pişiklərin nadir mumiyaları aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, Sakkarada aparılan qazıntılar zamanı arxeoloqlar ümumilikdə 7 sərdabə tapıblar. Aşkarlanan mumiyaların bəziləri yaxşı vəziyyətdə qalıb.
Mumiyalardan əlavə arxeoloqlar qızıl suyuna salınmış 100 pişik heykəli və sair əşyalar tapıblar.
Qeyd olunur ki, qazıntıların son mərhələsinə aprel ayında start verilib.
Muxalifet3 - 11-11-2018
Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı
Türkiyənin Balıkesir şəhərində bir təyyarənin qəzaya uğraması ilə bağlı yayılan xəbərlər insanlar arasında böyük həyəcanla qarşılanıb.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasını əks etdirən fotoların paylaşılması qurumları hərəkətə keçirib.
Balıkesir Jandarma Komandanlığı artıq məsələ ilə bağlı araşdırmalara başlayıb.
Muxalifet3 - 11-11-2018
Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır
Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, “Brent” markalı neft bu gün daha 0,5 dollar ucuzlaşaraq 70,18 dollara düşüb.
VTİ markalı neft də ucuzlaşıb və hazırda 60,19 dollara satılır.
Bu arada OPEK+ ölkələri hasilatın azaldılmasını dəstəkləyiblər. “bazar həddindən artıq doyub, ona görə də hasilatın gündə 1 milyon barrel azaldılması ideyası yaxşı başlanğıc olar”, - Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclası zamanı mediaya deyib.
Muxalifet3 - 11-11-2018
Səudiyyənin sui-qəsd planları ortaya çıxdı: ORTALIQ QARIŞACAQ
“The New York Times” qəzeti, İran əleyhdarı bəzi iş adamlarının təxminən 2 il əvvəl İran iqtisadiyyatını çökdürmək üçün etdikləri plan çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanlı səlahiyyətlilərlə görüşdüyünü ortaya çıxarıb.
Xəbərdə, Camal Qaşıqçı cinayətindən sonra vəzifədən çıxarılan Səudiyyə Ərəbistanı kəşfiyyat şefinin müavini Əhməd əl Asiri'nin, İrana yönəlik plan çərçivəsində keçirilən bir yığıncaqda İranlı şəxslərə qarşı sui-qəsd planları haqda danışıb.Muxalifet3 - 12-11-2018
Trampa böyük şok! HƏRƏKƏTƏ KEÇİRLƏR
Konqresə ara seçkilərində ABŞ Nümayəndələr Palatasında əksəriyyəti əldə edən Demokratlar, prezident Donald Trmpun CNN və Vaşinqton Post-a qarşı davranışlarının və sözlərinin "qanun pozuntusu" olub-olmadığını araşdırmağa hazırlaşırlar.
Yeni dövrdə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olması gözlənilən Demokrat millət vəkili Adam Şchiff, “Axios” xəbər saytına bir açıqlama verib.Muxalifet3 - 12-11-2018
PKK/YPG Münbiçdə Türk əsgəri ilə döyüşə hazırlaşır
Terrorçu PKK-PYD ünsürləri “Zeytun budağı” əməliyytatı zamanı Afrində inşa etdikləri gizli tunellərin bənzərini eynilə Münbiç ətrafındakı yüksəkliklərdə də inşa etməyə hazırlaşırlar.
Suriyada PKK-PYD terror təşkilatına mənsub terrorçular, Afrin və ətrafında inşa etdikləri tunellərə bənzər bir layihəni indi də Münbiç ətrafındakı yüksəkliklərdə həyata keçirməyə cəhd edirlər. Terrorçular şəhərin ətrafında bir avtomobilin rahat girə bələcəyi tunel qazıntılarını başladıblar.Muxalifet3 - 12-11-2018
Ağ Evdən kritik açıqlama: Ərdoğan-Tramp ...
Ağ Ev rəsmisi Reuters-ə bildirib ki, prezident Ərdoğanla ABŞ prezidenti Tramp arasındakı görüşdə Camal Qaşıqcı'nın öldürülməsi məsələsi müzakirə olunub.
Reuters xəbər agentliyinin Ağ Evdəki bir mənbəyə əsaslandırdığı xəbərinə görə, prezident Ərdoğan və ABŞ prezidenti Donald Tramp'in görüşündə Camal Qaşıqçı'nın öldürülməsi məsələsinə yanaşma və münasibətin necə olacağı müzakirə predmeti olub.Muxalifet3 - 12-11-2018
Dünya şokda! Almaniyada dəhşətli plan
Almaniyanın “Fokus” jurnalının xəbərinə görə, Suriyalı qaçqın cildinə girən və terror aktları planlaşdırdığı iddia edilən Alman ordusunun mənsubu Franko A. haqqında istintaq aparan Alman Federal Kriminal Dairəsi, böyük bir sui-qəsdi planını ifşa edib.
“Focus”-un dərc etdiyi istintaq materiallarına görə, Federal Kriminal Dairəsi səlahiyyətliləri, Alman ordusuna bağlı Xüsusi Təyinatlı Qüvvələrin və xüsusi qoşun əsgərlərinin siyasətçilərə qarşı sui-qəsd təşkil etməyə hazırlaşdığını göstərən dəlillər əldə edib.Muxalifet3 - 12-11-2018
Türkiyədə azərbaycanlı iş adamının villasında MEYIT TAPILDI - VİDEO
Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.
İstanbulun Sarıyer rayonunda Azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çelikerin cəsədi su quyusundan tapılıb.
Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi Azərbaycanlı iş adamın bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.Muxalifet - 12-11-2018
Uinston Çörçillin nəvəsindən Trampa sərt təpki!
İngiltərənin keçmiş baş naziri Uinston Çörçillin nəvəsi Nikolas Soames, ABŞ prezidenti Donald Trampı Amerikalı əsgərlərin Paris yaxınlığındakı qəbiristanlığını ziyarət etməyi rədd etdiyi üçün tənqid edib.
Birləşmiş Krallıq Parlamentinin üzvü Nikolas Soames, Trampın havanın yağmurlu olmasına görə, 1-ci Dünya Müharibəsində həlak olan Amerikalı əsgərlərin Paris yaxınlığındakı qəbiristanlığını ziyarət etməməsini Twitter hesabında sərt şəkildə tənqid edib.Muxalifet3 - 12-11-2018