Axtarış
The search found 105857 results in 0.085 seconds.
Search results
Almaniya ORDUSUNDA SOK: 200 nəfərlik "ölüm eskadronu" varmış
Son 10 ildə Almaniyanın Silahlı Qüvvələrindən (bundesver) 200 hərbçi neonasist ideologiyanın daşıyıcıları olduqları üçün qovulublar.
Muxalifet.az milli.az-a istinadən bildirir ki, bununla bağlı olaraq bundesverdə xidmət etmək istəyənlərin sənədlərini əks-kəşfiyyat yoxlamağa başlayıb.
Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti bundesverdə xidmət etmək istəyən 16 mindən artıq namizədin sənədlərini yoxlayıb. Ekstremizmdə şübhəli bilinən 150 nəfər xüsusi diqqətlə təftiş olunub. Yalnız 2 nəfərlə bağlı şübhələr təsdiqlənib.Muxalifet - 10-11-2018
NƏHAYƏT, AFAQ ASLAN AÇIQLADI :Sevgilim….” – VİDEO
Qalmaqallı müğənni Afaq Aslan ölkəni tərk edir. Muxalifet.az A24.Az-a istinadən xəbər verir ki, o işi ilə əlaqədar olaraq ölkədən getməyə hazırlaşdığını bildirib. Müğənni işləri ilə bağlı böyük təkliflər aldığını söyləyib. “Sevdiyim insan Rusiyada yaşayır. Ona görə burada yaşamaq çətindi. O, iş adamıdır. Evlənməyi planlaşdırırıq”.
Muxalifet - 10-11-2018
Səudiyyə kəşfiyyatçısından Qaşıqçı iddiası: Səudiyyə Ərəbistanı bunu qəbul etməz!
Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri şahzadə Turku əl Faysal, ölkəsinin jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı beynəlxalq müstəqil araşdırmanı heç vaxt qəbul etməyəcəyini bildirib.
Nyu-Yorkda, Beynəlxalq Sülh İnstitutu (IPI) adlı düşüncə mərkəzində çıxış edən Faysal, ölkəsində qürur verici bir hüquq sisteminin olduğunu və “Vaşinqton Post” yazarı Camal Qaşıqçı cinayəti üçün ölkəsinin beynəlxalq müstəqil araşdırmanı heç vaxt qəbul etməyəcəyini qeyd edibirəli sürdü.Muxalifet3 - 10-11-2018
Türklərin namaz qılmasına mane olan BMT, GERİ ADDIM ATDI
Kiprdə ara bölgə olaraq qəbul edilən Denya kəndində cümə namazı qılmaq istəyən Kiprli Türklərə BMT-nin Sülhməramlı Qüvvələri əngəl olub.
Şimali Kipr Türk Cümhuriyyətinin (Şimali Kipr) baş nazirinin müavini və Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Denya kəndinin qədim sakinləri Kiprli Türklərin, ara bölgədə qalan kəndlərindəki məsciddə cümə namazı qılmaq istədiklərini BMT Sülhməramlı Qüvvələrinin rəsmilərinə yazılı olaraq təqdim etdiklərini bildirərək, qadağanın keyfi və əsaszız tətbiq olunduğunu bildirib.
Muxalifet3 - 10-11-2018
Ərdoğan açıqladı: 4 şəhid, 20 yaralımız var
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Atatürkü Anma proqramındakı çıxışında dünən Hakkaridə sursat anbarında baş verən partlayışda 4 əsgərin şəhid olduğunu, 20 əsgərin də yaralandığını açıqlayıb. Müxalifət.az
Muxalifet3 - 10-11-2018
ABŞ sanksiyası Rusiyanın Su-35 təyyarəsini satmağa əngəl oldu
İndoneziya, ABŞ sanksiyalar tətbiq etdiyi təqdirdə Rusiyanın Su-35 təyyarələrinin alınması ilə bağlı müqaviləni ləğv edə bilər.
“Janes” xəbər portalında yer alan xəbərə görə, İndoneziya Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Novyan Samiega, ehtimal olunan ABŞ sanksiyalarından dolayı Rus istehsalı Su-35 qırıcı təyyarələrinin tədarükü ilə bağlı müqavilənin ləğv edilə biləcəyini bildirib.Muxalifet3 - 10-11-2018
Qarabağ üçün QIZĞIN MÜBARİZƏ: ABŞ, Türkiyə, Rusiya, İran və... - Ermənistan ŞOKDA
“Ermənistanda hakimiyyət dəyişikliyi beynəlxalq münasibətlərdə dramatik proseslərə təsadüf etdi. Xüsusilə regionda proseslər daha aktivdir. Türkiyədə, İranda, Səudiyyə ərəbistanında və regionun digər ölkələrində daxili proseslər geosiyasi amillərdən qaynaqlanır. Bu baxımdan, Ermənistanın daxili vəziyyətinə də beynəlxalq dəyişikliklər təsir edir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın “acnis” saytı yazıb.Muxalifet - 10-11-2018
Qar yağacaq, havanın temperaturu 3-5 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ
Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman.
Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.Muxalifet - 10-11-2018
Polis qızının məktəbinə silahlı hücum etdi - Direktor və müavinini güllələdi - FOTO
Bursada polis əməkdaşı İlhan.Ö qızının oxuduğu məktəbə silahlı hücum edərək direktor və onun müavinini yaralayıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan kişi ifadəsində sinif rəhbərinin qızına "Sənə kim təcavüz edib" deyərək ələ saldığını deyib
Bunu eşidən ata qızının oxuduğu məktəbə gələrək sinfinin dəyişdirilməsini istəyib. Bu səbəbdən İlhan.Ö məktəbin qadın direktoru 43 yaşlı Tülay Taş və müavini 39 yaşlı Sinan Delibaş arasında mübahisə başlayıb.Muxalifet - 10-11-2018
Nişanlısını başqa oğlanla intim əlaqədə olarkən tutdu - DƏHŞƏT SAÇDI
Türkiyənin Aksaray vilayətində tüfənglə öldürülən gənc çoban 22 yaşlı Uğur Çölün iki qətl şübhəlisi - 28 yaşlı İsmail Kurt və 36 yaşlı Saim Koca mobil telefon siqnalı sayəsində yaxalanıblar.
Muxalifet.az Milli.Az-a istinadən xəbər verir ki, günahını etiraf edən İsmail Kurt ifadəsində çobanı, evlənməyə hazırlaşdığı sevgilisi ilə tutduğu üçün öldürdüklərini deyib.
Araşdırma davam edir.Muxalifet - 10-11-2018
Makronun ümumavropa ordusu yaratmaq təklifini Tramp "ÇOX TƏHQİREDİCİ” ADLANDIRDI
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün ümumavropa ordusu yaratmaq təklifini “çox təhqiredici” adlandırıb. Amerikanın rəhbəri “Tvitter”dəki səhifəsində yazıb: “Fransa prezidenti Emmanuel Makron ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün Avropanın öz silahlı qüvvələrini yaratmasını təklif edib. Bu, çox təhqiredicidir, lakin ola bilsin ki, Avropa əvvəlcə özünün NATO-dakı ABŞ tərəfindən subsidiya verilən payını ödəsin!"
Muxalifet - 10-11-2018
Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
Bakıda 40-45 yaşlı kişini yaralayıb qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib.
Məlumata görə, əməliyyat tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.Muxalifet - 10-11-2018
Azərbaycan Skandinaviyadakı səfirliyini bağlayır
Azərbaycan XİN-dəki mənbələrdən verilən məlumata görə, Azərbaycan Stokholmdakı səfirliyini bağlayır.
Qeyd edək ki, həmin səfirliyin fəaliyyəti üç ölkəni – İsveçi, Norveçi və Finlandiyanı əhatə edir.
XİN-dəki eyni mənbələr Norveç XİN-in Bakıdakı səfirliyini bağlamaq barədə dünən verdiyi qərarı da şərh ediblər. Bu qərar Bakı ilə Oslo arasında diplomatik əlaqələrin aşağı səviyyədə olması ilə izah edilib.
Bakının Skandinaviya ölkələrindəki diplomatik nümayəndəliyini bağlamaq barədə qərarı isə, ehtimal ki, cavab addımıdır.Muxalifet - 10-11-2018
Koalisiya Suriyada dinc sakinlərə hücum etdi - 26 ölü
ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor bölgəsindən 110 kilometr şərqdə yerləşən Hacin şəhərinə hava hücumu nəticəsində 26 dinc sakin ölüb.
Muxalifet.az Azvision.az-a istinaden xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bir neçə saat çəkən raket hücumları zamanı koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr mülki vətəndaşların yaşadığı evləri hədəf alıb. Nəticədə 26 nəfər həyatını itirib. Onların əksəriyyəti qadınlar və uşaqlardır.Muxalifet - 10-11-2018
Rusiyada Ermənistan himnini boykot edən idmançımız ERMƏNİNİ DARMADAĞIN ETDİ - VİDEO
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.
Bəxtiyar Abbasov (82 kq) Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb – 11:3.***
Muxalifet - 10-11-2018
“YENİ QANUN HAZIRLANIR, ORQAN BANKI YARADILACAQ” – Deputat-cərrahdan maraqlı açıqlamalar
“Bu il psixoloji həddi aşdıq, ilk dəfə səhiyyəyə bu qədər vəsait ayrılacaq”
Bu gün orqan çatışmazlığından əziyyət çəkən insanlar üçün transplantasiya bir xilas yoludur. Bəs Azərbaycanda bu sahədə hansı uğurlar əldə edilib, hansı problemlər həllini gözləyir?
Muxalifet - 10-11-2018
Vergilər Nazirliyindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərirlər. Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə görə, nə qədər vergi ödəməlidirlər?
Muxalifet - 10-11-2018
Türkiyədə faciə: Silah anbarı partladı - 7 şəhid, 25 yaralı
Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda faciə baş verib.
Silah anbarının partlaması nəticəsində 7 nəfər şəhid olub, 25 nəfər isə xəsarət alıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransaya səfərindən əvvəl çıxışı zamanı məlumat verib.
Bir müddət əvvəl isə 4 şəhid, 20 yaralı olduğu açıqlanmışdı.
Hakkarinin İraq sərhədindəki Şəmdinli rayonunun Derecik Ortaklar kəndindəki polis bölməsində atış zamanı ağır silah anbarında partlayış baş verib.Muxalifet - 10-11-2018
Ərdoğandan Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Paris səfəri öncəsi mətbuat konfransı keçirib.
ŞƏHİD SAYI 7-yə YÜKSƏLDİ
Ərdoğan, Şemdinlidəki sursat anbarındakı partlayışda şəhid sayının 7-yə yüksəldiyini, 25 yaralı olduğunu açıqlayıb.
15 ADAM CİNAYƏTKARI VƏ CƏSƏDİN YERİNİ BİLİR
Muxalifet3 - 10-11-2018
Türkiyədə bomba yüklü İHA-larla TERROR CƏHDİ
Şırnakda ulu öndər Mustafa Kamal Atatürkün ölümünün 80-ci ildönümü münasibətilə anma mərasimi keçirilib. Mərasimin ardından protokol tədbir keçirilən sahədən ayrılıb. Vətəndaşların da ayrıldığı sırada mərasim sahəsinə pilotsuz uzaqdan idarə olunan İHA düşüb. Eyni saatlarda, 23-cü Jandarm Sərhəd Diviziya Komandanlığı ərazisinə də başqa bir İHA-nın düşdüyü bəlli olub.
Muxalifet3 - 10-11-2018