Axtarış

The search found 105857 results in 0.118 seconds.

Search results

  1. SON DƏQİQƏ: Bakıda məktəb yandı - 160 nəfər təxliyə edildi

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.

    Muxalifet - 13-11-2018

  2. Ermənilər Kəlbəcər köçkününü Qarabağa görə ölümcül döydü - UKRAYNADA

    Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüb.
     
    “Report”un məlumatına görə, hadisə kafenin müştəriləri olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.
     

    Muxalifet4 - 13-11-2018

  3. ​İçərsi sərnişinlə dolu mikroavtobus qəza törətdi - YARALILAR VAR

    Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
    Belə ki, mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-11-2018

  4. Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı

    Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

    “ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

    Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

    Qeyd edək ki, “ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.(“Report”)

    Muxalifet4 - 13-11-2018

  5. CANLI YAYIMDA BİABIR OLAN KAMADAN ŞOK SÖZLƏR: “Bəziləri kimi alt paltarında çıxıb…” – VİDEO

    Bir neçə gün əvvl AYTV 1 telekanalında yayımlanan “Şeirli nəğməli ömrüm” verilişindəki biabırçı ifası ilə mətbuatın gündəmini alt-üst edən Kama Dəniz haqqında yayılan xəbərlərə açıqlama verib.
     Kama onu təhqir edənləri məhkəməyə verəcəyini bildirib:

    Muxalifet - 13-11-2018

  6. TÜRKİYƏ ZƏRRABI EKSTRADİSİYA EDƏ BİLƏCƏKMİ? –Ankaranın ABŞ sanksiyalarına əməl edəcəyi yenidən şübhəyə alınır -TƏHLİL

    Aykan Erdemir, Merve Tahiroğlu

    “Foreign Policy”

    Tramp administrasiyasının noyabrın 5-də qüvvəyə minən İranla bağlı sanksiyalarından Türkiyənin kənarda qalması ölkəni azca rahatladıb. Ağ Evdəki çıxışında ABŞ dövlət katibi Mayk Pompeo İrandan neft almağa davam etməsi üçün Türkiyəyə xüsusi izn verildiyini bildirib.

    Muxalifet4 - 13-11-2018

  7. Trampın Ermənistanı qorxuya salan Azərbaycan PLANI: ermənilər ABŞ-a YALVARACAQ

    ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb.
    ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib.
    Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq.

    Muxalifet - 13-11-2018

  8. "Hansısa qüvvə onların media ilə bağlı təklifinin Prezidentə çatmasını istəmir" - Vahid Əhmədov tanınmış jurnalistləri müdafiə etdi

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov son vaxtlar Azərbaycanda medianın vəziyyətinin pisləşməsi ilə əlaqədar tənqidi çıxışlar edən tanınmış jurnalistlər – Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmlini müdafiə edib.
    Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli Prezident İlham Əliyevin siyasətini və dövlətçiliyi dəstəkləyən görkəmli jurnalistlərdir:

    Muxalifet4 - 13-11-2018

  9. Tayfalardan birgə “Münbiç” qərarı

    Ərəb, Kürd və Türkmən tayfalarından ibarət 25 tayfa başçıları, Münbiç üçün birgə bəyanat verib. Bəyənatda terror təşkilatlarının istisnasız olaraq təcili qaydada Münbiçdən çıxarılması üçün çağırış edilib.
    Müxalifət.az

    Muxalifet3 - 13-11-2018

  10. "Ən mürəkkəb vəziyyətdə Azərbaycan qaldı, Ermənistan isə..." ABŞ-IN İRAN SANKSİYALARI, VAŞİNQTONDAN RƏYLƏR

    ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra Cənubi Qafqaz respublikaları arasınd ən mürəkkəb vəziyyətdə Azərbaycan qalıb. Virtualaz.org xəbər verir ki, belə qənaətlə “EurasiaNet” portalı çıxış edir.

    Muxalifet - 13-11-2018

  11. NAZİRLƏR ARASINDA GƏRGİNLİK - Əbülfəs Qarayev Samir Şərifova cavab verdi

    Mədəniyyət naziri Əbülfəs Qarayev maliyyə naziri Samir Şərifovun Milli Məclisdə kino sahəsində səmərəli mexanizm olmadığı və bu səbəbdən son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığı barədə çıxışına məqalə ilə cavab verib.
     
    BakuPost-un məlumatına görə, Ə. Qarayev rəsmi mətbuatda dərc olunan “Milli mədəni intibahın parlaq üfüqləri” məqaləsində yazıb ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunur.
     

    Muxalifet4 - 13-11-2018

  12. ​MODUL MİFİ - Sərəncam imzalandığı gündən 8 ay keçib, amma…

    Azərbaycanda – böyük kapitala malik neft ölkəsində qəzalı vəziyyətdə məktəblərin olması olduqca utandırıcıdır. Ekspertlərin sözlərinə görə, hakimiyyətin həyata keçirdiyi tədbirlərə baxmayaraq, regionlarda, xüsusilə də kəndlərdə məktəblərin texniki baxımdan vəziyyəti çox pisdir.

    Muxalifet4 - 13-11-2018

  13. Bakıda PULSUZ İPHONE PAYLANDI, xaos yarandı - VİDEO

    Rusiyada fəaliyyət göstərən və 7 milyon izləyicisi olan tanınmış viner Hüseyn Həsənov Bakıda fanatları ilə görüş keçirib.
    Dərgi.az-ın məlumatına görə, görüşdən öncə Bakı küçələrində gərginlik yaşanıb.
    Belə ki, Hüseyni görməyə tələsən gənclər ətrafdakı insanlara və avtomobillərin hərəkətinə də mane olublar. Bu barədə bloger Fərid Əliyev geniş video hazırlayıb. Həmin videoda o, bütün baş verənlərdən bəhs edib.
     

    Muxalifet - 13-11-2018

  14. Yaxalanan terrorçu etiraf etdi: Bombaları ABŞ verdi

    Türkiyənin Malatya vilayətində ələ keçirilən terror təşkilatı PKK-ya aid 28 kilo partlayıcının, ABŞ tərəfindən YPG-yə verildiyi ortaya çıxıb.
     
    Malatyada yaxalanan bomba yüklü maşının sürücüsü polisə böyük xəyanəti etiraf edib.
    28 kiloqram partlayıcı daşıyan Ali Rza Üstel, partlayıcıları Amerikalıların Suriyada terror təşkilatı YPG-yə verdiyini söyləyib. Üstel, YPG-li terrorçuların da bomba materialları ilə mexanizmini hazırlayıb, kuryer vasitəsilə Mardinin Kızıltəpədəki boş bir ərazisinə basdırıb, koordinatları Qəndilə verdiyini söyləyib.

    Muxalifet3 - 13-11-2018

  15. Yeni evlənən 21 yaşlı oğlan özünü asdı - Hamilə arvadı cəsədi görüb...

    Bərdə rayonunda 21 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Muxalifet.az xəbər verir ki, rayonun Zümürxan kəndində özünü asaraq intihar edən 1997-ci il təvəllüdlü Əmiraslanov Təvəkkül Qəhrəman oğlu Ağdərə rayonundan məcburi köçkün olub. O, yeni ailə qurubmuş və xanımı ilə Zümürxandakı evdə, valideynləri isə kəndin yaxınlığındakı heyvandarlıq təsərrüfatında yaşayırmış.

    Muxalifet4 - 13-11-2018

  16. ​Baxçalıdan ABŞ-a ŞOK sözlər: Onların məhvi haqqımızdır

    ABŞ-ın YPG-ni müdafiə edib, PKK-nı hədəf seçməsi yeni bir hiylədir. ABŞ-la YPG arasında İraq və Suriyanın bölüşdürülməsinə dair dərin bir anlaşma vardır. Bu, bütün tərəfləri ilə meydandadır. 12 milyon dollar dəyər verilən bu canilərin bizim üçün qara qəpik qədər qiyməti yoxdur.
    Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın PKK liderlərinin başına pul qoymasına münasibət bildirən MHP sədri Dövlət Baxçalı deyib.

    Muxalifet - 13-11-2018

  17. Serj Sərkisyan üzə çıxdı, danışdı - “QARABAĞ MƏSƏLƏSİNDƏ GÜZƏŞTƏ GETMƏYƏCƏYİK, AXIRADƏK MÜBARİZƏ APARACAĞIQ...”

    Ermənistanın eks-prezidenti və Respublika partiyasına hələ də sədrlik edən Serj Sərkisyan hakimiyyətdən uzaqlaşdırılandan bu yana ilk dəfə siyasi nitqlə çıxış edib və Qarabağ məsələsində “axıradək mübarizə aparacaqlarını” bildirib.

    Muxalifet - 13-11-2018

  18. PKK-nın yeni strategiyası: EKSPERTDƏN AÇIQLAMA

    Türkiyədə təhlükəsizlik mütəxəssisi Abdulla Ağar, yazdığı məqalədə, PKK-nın terrorçubaşı Murad Karayılanın Türkiyəyə yönəlik İHA hücumlarını şərh edib. Ağar, bu təcavüz şəklini, terror təşkilatının yeni strategiyası adlandırıb.
     
    Ağarın yazısından əsas başlıqlar:
    PKK-nın Drone və model uçaqlar vasitəsilə inkişaf etdirməyə çalışdığı yeni terror strategiyası:

    Muxalifet3 - 13-11-2018

  19. ​“Körpə qızımın halı pisləşdi, xəstəxanadayam” - Rəqsanə

    “Oğlumu xəstəxanadan çıxarmamışdıq, amma qızı evə gətirmişdik. Gecə 3-də uşağın halı dəyişdi, təkrar xəstəxanaya apardıq”. 
    Bu sözləri müğənni Rəqsanə İsmayılova “Hər şey daxil” proqramına danışarkən bildirib. Canlı efirə bağlanan ifaçı əkizlərinin halının pis olduğunu qeyd edib:
    “İndi də xəstəxanadayam. Uşaqlar vaxtın əvvəl dünyaya gəlib və çəkiləri normal deyil. Oğlan 1 kq 300 q, qız isə 1 kq 450 qramdır. Bu səbəbdən uşaqlar tam olaraq özlərinə gələ bilmirlər. Oğlan aparata qoşulub, qız isə normal idi, halı pisləşdi”. 

    Muxalifet - 13-11-2018

  20. ​“Şəhid adından manipulyasiya etmək düzgün deyil” - Sahil Babayev

    “Əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup şəhid vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”
    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Muxalifet - 13-11-2018

Pages