Axtarış

The search found 105857 results in 0.176 seconds.

Search results

  1. ​Avrokomissiyanın rəhbəri açıqladı: Bu, faciədir

    Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması istəyi (Breksit) faciəvi tarixi səhvdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker deyib.
    “Mən bu ayrılmanı faciə, tarixi yanlışlıq adlandırıram. Biz hər şeyi mümkün qədər ən yaxşı obrazda etməliyik. Avrokomissiya və hörmətli Mişel Barne (Breksit danışıqları üzrə baş məsləhətçi) bu istiqamət üzrə hərəkət edir”, - deyə Yunker bildirib.

    Muxalifet3 - 13-11-2018

  2. ​“Biz Almaniya ola bilmərik. Hər şeyi dövlətin üzərinə atmaq lazım deyil...”- Millət vəkili

    Millət vəkili Adil Əliyev Almaniyada yaşayan azərbaycanlılarla növbəti görüşünü keçirib. 

    Muxalifet.az gununsesi.info-ya istinadən xəbər verir ki, soydaşlarımız qarşısında çıxış edən deputat onları Azərbaycan maraqlarını müdafiə eləməyə çağırıb. 
     O, ölkəmizin inkişaf etdiyini, dünyada güclü mövqeyə sahib olduğunu da deyib.

     Daha sonra Adil Əliyev sualları cavablandrıb. Tədbir iştirakçılarından birinin "Azərbaycanda inkişafdan danışdınız, bəs, Almaniyanın qaçqın düşərgələrində niyə insanların sayı bu qədər çoxdur” sualına Adil Əliyev belə cavab verib: 

    Muxalifet3 - 13-11-2018

  3. ​CNN Trampı məhkəməyə verdi

    CNN televiziyası ABŞ Prezidenti Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb.
    Muxalifet.az xəbər verir ki, buna səbəb CNN müxbiri Cim Akostanın Ağ Evə girişinin dövlət başçısı tərəfindən qadağan edilməsidir.
    İddiada akreditasiyanın tez bir zamanda bərpa edilməsi, jurnalistin Ağ Evə giriş qadağasının ləğv edilməsi istənilir.
    Qeyd edək ki, Ağ Evdə keçirilən müşavirələrin birində Trampla Akosta arasında mübahisə yaşanmışdı.
     

    Muxalifet3 - 13-11-2018

  4. ​BNA sürücülərə xəbərdarlıq etdi: Bu yolda ehtiyatlı olun!

    Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
    Muxalifet.az-ın məlumatına görə, qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır: "Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib".

    Muxalifet3 - 13-11-2018

  5. ​Ombudsman ölümlə təhdid edildi

    Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkilini (ombudsman) ölümlə təhdid edirlər.
    Muxalifet.az xəbər verir ki, bu barədə mətbuata ombudsman Nino Lomdjariya özü məlumat verib. Ombudsman deyib ki, onun ünvanına anonim məktub gəlib. Məktubda “sənin üçün bir snayper bəs edər” mesajı yazılıb.
    Müvəkkil dərhal Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Gürcüstan DİN artıq araşdırmaya başlayıb.

    Muxalifet3 - 13-11-2018

  6. ​Azərbaycanda "cin çıxarma” zamanı ölən gəncin dəhşətli VİDEOSU

    Şabran rayonunda "cin çıxarma” mərasimi zamanı ölən 25 yaşlı gəncin görüntüsü yayılıb. 

    Muxalifet3 - 13-11-2018

  7. ​Bakının və Abşeronun bu hissələrində qaz olmayacaq

    "Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
    "Azəriqaz”-dan  verilən məlumata görə, diametri 720 mm-lik "Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar, 14 noyabr saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə”, "Alatava”, "Xocasən” Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları” və "Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

    Muxalifet3 - 13-11-2018

  8. ​Londonla Brüssel razılaşdı: Britaniya ittifaqdan çıxır

    Böyük Britaniya ilə Brüssel Breksit layihəsi ilə bağlı razılığa gəliblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
    “Kabinetin görüşü yerli vaxtla 14:00-da baş tutacaq və razılaşma ilə bağlı müzakirə aparılacaq. Kabinet üzvləri sənədlərlə tanış olacaqlar”, - deyə bildirilib.
     

    Muxalifet3 - 13-11-2018

  9. ​Alman nazirdən uyğur türkləri ilə bağlı çağırış...

    Çin hakimiyyəti uyğur məsələsində şəffaf olmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
    “Biz tərbiyələndirmə düşərgələrinin mövcudluğunu və oradakı fəaliyyəti qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün daha çox informasiya lazımdır”, - deyə Maas bildirib.
    Qeyd edək ki, Hayko Maas Sincar-Uyğur vilayətində, Urumçi şəhərində uyğurların saxlanıldığı düşərgələrdə olub.
     

    Muxalifet3 - 13-11-2018

  10. ​Sərhəddə əməliyyat: 11536 fişəng ələ keçirildi

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Muxalifet3 - 13-11-2018

  11. ​Nazir müavini vəzifəsindən azad edildi

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.
    Muxalifet.az unikal.org-a istinadla xəbər verir ki, İlqar Rəhimov 30 oktyabrda tutduğu vəzifədən kənarlaşdırılıb.
    Qeyd edək ki, 7 fevral 1964-cü ildə anadan olan İ.Rəhimov 1999-cu ildən Milli paralimpiya Komitəsinin prezidentidir. İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin I müavini vəzifəsində çalışıb.
    3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
     

    Muxalifet3 - 13-11-2018

  12. ​Xüsusi təyinatlılar qəzaya düşdü: 4-ü öldü

    Tacikistanda avtomobil qəzası nəticəsində Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Mobil Dəstəsinin dörd zabiti həlak olub.
    Muxalifet.az xəbər verir ki, hadisə Düşənbənin 120 kilometrliyindəki Xalburk şəhərində Xüsusi Təyinatlı Mobil Dəstənin dörd üzvü olan minik maşınının yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Zabitlərin üçü 20-22 yaşlarındadır.
    Qəza ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
     

    Muxalifet3 - 13-11-2018

  13. ​Yunanıstanda təyyarə qəzaya uğradı

    Yunanıstanın Ksanti şəhəri yaxınlığında Ziqos aerodromunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, Çexiya vətəndaşları olan pilot və sərnişin yaralanıb, vəziyyətləri sabitdir.
    Belə ki, təyyarə enərkən pilot idarəetməni itirib. Nəticədə aerodrom yaxınlığında qəza baş verib.
     

    Muxalifet3 - 13-11-2018

  14. ​Siyavuş Novruzovdan maraqlı təklif: İcarəyə verək

    Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri və digər yeni tikililər var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər.
    Muxalifet.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

    Muxalifet3 - 13-11-2018

  15. Merkeldən Avropa ordusuna yaşıl işıq!

    Almaniyanın ba. Naziri Angala Merkel, Avropa Parlamentində (AP) Avropanın gələcəyinə dair çıxış edib.
     
    Birliyin Avropanın uğuru üçün əvəzolunmaz olduğunu ifadə edən Merkel, Avropa Birliyi ölkələrinin (Aİ) birlikdə olanda ortaq maraqlarını və dəyərlərini daha yaxşı müdafiə edəcəklərini bildirib.
    Aİ-də hərbi sahədə struktur kimi əhəmiyyətli irəliləyişlər əldə olunduğunu vurğulayan Merkel, "Bir gün həqiqi bir Avropa ordusu yaratmaq perspektivi üzərində çalışmalıyıq" deyib.

    Muxalifet3 - 14-11-2018

  16. PKK-dan baş örtüyünə qadağa

    Suriyanın şimalında işğal etdiyi ərazilərdə xalqa qan udduran terror təşkilatı PKK/YPG, qalmaqal bir qərar verib. Daha əvvəl məktəblərdə təşkilat tərəfindən təqdim edilən tədris planını rədd edən müəllimləri həbs edən təşkilat, bu dəfə də məktəblərdə tələbə və müəllimlərin məktəblərdə hicab taxmasını qadağan edib. Məktəblərdə vahid geyim forması və vahid dil məsələsini məcburi elan edib.
     

    Muxalifet3 - 14-11-2018

  17. “Terror koridorunun adı belə hazır idi” – TERRORÇU ETİRAF ETDİ

    Suriyanın şimalında Qamışlı, Tel Abyad, Xarab İşıq və Eyn əl-Arab bölgələrində PKK-nın sözdə xüsusi xidmət orqanında 3 ildən çox xidmət etdikdən sonra təşkilatdan qaçan Rizgar kod adlı terrorçu, bir çox etiraflar edib. ABŞ-ın PKK-ya əvvəl Sincardan Afrinə, sonra isə Aralıq dənizinə uzanan dəhliz vəd etdiyini söyləyən Rizgar, “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatlarının təşkilat içərisində fövqəladə xəyal qırıqlığı yaratdığını, həmçinin ABŞ ilə də qarşılıqlı etimadsızlığa səbəb olduğunu deyib.
     
    15 KİLOMETR QALMIŞDI
     

    Muxalifet3 - 14-11-2018

  18. Sahibsiz itlər Bakı küçələrində təhlükə saçır

    Küçə itləri bulvarda, blokların qarşısında belə insanlara hücum edir; ekspert: “Hücum edərkən sahibsiz itləri qıcıqlandırmamaq üçün ilk növbədə sakit dayanmaq lazımdır”

    Muxalifet - 14-11-2018

  19. DAŞKƏSƏNDƏ DƏHŞƏT – Yanğın zamanı dördü uşaq olmaqla 5 nəfər ölüb

    Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
    “Report”un Qərb bürosu xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.
    Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:
    Tağıyeva Sevinc Şahin qızı, 1990
    Tağıyeva Aysun Asim qızı, 2010
    Tağıyev Sakit Asim oğlu, 2012
    Tağıyev Sadiq Asim oğlu, 2017
    Ədilxanova Günel Qoşqar qızı, 2007
    Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 14-11-2018

  20. Trampdan Səudiyyə Ərəbistanı qərarı: Adını açıqladı

    ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına səfir göndərmək üçün öz namizədini açıqlayıb. Bu vəzifəyə təqaüddə olan bir hərbçi Con Abizaidi namizəd göstərib.
     
    Ağ Evdən edilən yazılı açıqlamada, Trampın Səudiyyə Ərəbistanı səfirliyinə namizədinin Abizaid olduğu bildirilib.
    Con Abizaidin ABŞ Mərkəzi Qüvvələr Komandanlığında (CENTCOM) ən uzun müddətli xidmət etmiş hərbçi olduğu vurğulanan açıqlamada, təqaüdə çıxandan sonra bəzi beyin mərkəzlərində terrorizmlə mübarizə sahəsində məsləhətçi olaraq işlədiyi bildirilib.

    Muxalifet3 - 14-11-2018

Pages