Axtarış

The search found 105857 results in 0.158 seconds.

Search results

  1. Mərakeş kralının yatması, Trampı qəzəbləndirdi!

    Dünya liderləri Birinci Dünya Müharibəsinin sona çatdırılmasının 100-cü ildönümündə Fransanın paytaxtı Parisdə toplaşdı. Böyük görüşməyə, Fransanın prezidenti Makron çıxış edərkən mürgüləyən Mərakeş kralına, Trampın əsəbi baxışları damğa vurdu.

    Müxalifət.az

    Muxalifet3 - 14-11-2018

  2. ​Əsəb xəstəsi özünü ağacdan asdı - FOTO

    Bərdə rayonunda intihar hadisəsi baş verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
    Rayon sakini 1958-ci il təvəllüdlü Dadaşov Abbas Kərəm oğlu özünü iri gövdəli ağacdan iplə asıb.
    Hadisə barədə sakinlər rayon polis şöbəsinə məlumat veriblər.
    İntiharın dəqiq səbəbi bilinməsə də, 60 yaşlı kişin uzun illərdir ki, əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 14-11-2018

  3. ​"Karvan” ticarət mərkəzi yenə yandı - 10 nəfər təxliyə edildi

    Sumqayıt şəhərində "Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.
    FHN-dən Muxalifet.az-a verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 14-11-2018

  4. ​Rəqqasə Renka: “Boşanandan 4 il sonra rəqqasə oldum” - Video

    Azərbaycanlı rəqqasə Renka ( Rəna Ağamuradova ) şəxsi həyatından danışıb. Muxalifet.az-ın məlumatına görə, rəqqasə “Səhər-səhər” verilişində bildirib ki, boşanandan sonra rəqqasəlik sənətinə gəlib: “19 yaşımda ailə qurdum. Toyum öz həyətimizdə oldu. Yoldaşımı çox sevirdim, amma boşandıq. Mən saç ustası, o da adi bir sürücü idi. Arzum rəqqasə olmaq idi. Ondan boşanandan 4 il sonra rəqqasə oldum. Biz dost kimi ayrıldıq. İndi o, ailə qurub. Mənim iki uşağım var. Böyük oğlumun 14 yaşı var. Mən heç bir zaman ailə qurmayacam. İndi də evimizə gəlir. Yəni düşmən kimi ayrılmamışıq”.

    Muxalifet - 14-11-2018

  5. ABŞ, bu şəxsin başına 5 milyon dollar qiymət qoydu

    ABŞ, “Həmas” liderlərindən olan Saleh El-Aruri haqda məlumat verən və ya yerini göstərənlərə 5 milyon dollar mükafat verəcəyini bəyan edib.
     
    Amerika Birləşmiş Ştatları, İslami Müqavimət Hərəkatı sədrinin müavini Saleh El-Arurinin başına 5 milyon dollar mükafat təyin edib.
    Həmas lideri İsmayıl Heniyyənin müavini olan Saleh Əl Aruri, İsrail rejiminin fəaliyyətlərindən ən çox qorxduğu şəxslərin başında yer alır.

    Muxalifet3 - 14-11-2018

  6. ​Sabiq daxili işlər nazirinin qardaşı HƏBS EDİLDİ - SƏBƏB

    Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib.
    Muxalifet.az bildirir ki, bu barədə məlumatı Azinforum.az etibarlı qaynaqlardan əldə edib. Əvəz Əhmədov uzun müddətdir ki, Bakıda yaşayır və biznes fəaliyyətilə məşğul olur. Onun paytaxtın bir neçə yerində müxtəlif profilli ticarət və iaşə “obyektləri” fəaliyyət göstərir. Əvəz Əhmədovun hansı qurum tərəfindən saxlandığı və hansı cinayət əməlini törətməkdə ittiham edildiyi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat verilməyib.

    Muxalifet - 14-11-2018

  7. BMT Təhlükəsizlik Şurası “Qəzza hadisələri”nə görə təcili toplandı

    Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur, "BMT Təhlükəsizlik Şurasının qapısını beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənə qədər çalmağa davam edəcəyik" deyib.
     
    BMT Təhlükəsizlik Şurası, İsrailin Qəzzaya hücumlarından sonra Qəzzada zorakılıq və gərginliyin artması ilə əlaqədar Küveyt və Boliviyanın tələbi ilə qapalı iclasda təcili toplanıb.

    Muxalifet3 - 14-11-2018

  8. Deputat Azərbaycan səhiyyəsini Avropa ilə müqayisə etdi: “Bəzi ölkələrdən yaxşıyıq”

    “Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, ayrılan maliyyənin düzgün istiqamətləndirilməsi əhalinin sağlamlığının qorunmasında və həyat keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə siyasətinin effektiv qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Sevindirici haldır ki, müstəqillik dövründə ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib”.

    Muxalifet - 14-11-2018

  9. Paşinyan yenə addım atır

    Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlament seçkisində “Mənim addımım” blokunun namizədlər siyahısına başçılıq edəcək. Novator.az-ın məlumatına görə, blokun namizədlərinin ilk sıralarında baş nazirin birinci müavini Ararat Mirzoyan, parlamentdəki “Çıxış” fraksiyasının rəhbəri Lena Nazaryan, baş nazirin müavini Tiqran Avinyan, nazirlər və deputatlar yer alır.

    Noyabrın 1-də Ermənistan parlamenti buraxılıb. Növbədənkənar parlament seçkisi dekabrın 9-da keçiriləcək.

    Muxalifet - 14-11-2018

  10. “Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” - MÜSAHİBƏ

    Sevinc Muğanna: “Həmişə atamın adından istifadə etməyə utanmışam” “İsa Muğanna ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub” Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli sərəncamına əsasən, xalq yazıçısı İsa Muğannanın (Hüseynov) 90 illik yubileyi ölkənin hər yerində qeyd edilməkdədir. Görkəmli yazıçının yeganə övladı Sevinc Muğanna atası haqqında xatirələri modern.az saytı ilə bölüşüb. Muxalifet.az onunla söhbəti təqdim edir: - İsa Muğannanın qızı olmaq kim olmaq deməkdir? - Bəlkə də ilk dəfədir ki, belə çətin sualla qarşılaşıram.

    Muxalifet - 14-11-2018

  11. Terrrorçu PKK-YPG əlaqələrini ifşa etdi

    Suriyada YPG/PKK düşərgələrində təlim aldıqdan sonra xəstəxanalarda feldşer olaraq çalışan, təşkilatdan qaçdıqdan sonra Adanada həbs olunan terrorçu, YPG ilə PKK arasında əlaqələri anladıb.
     
    Terrorçu Zahat Ə. ilə birlikdə "silahlı terror təşkilatına üzv olmaq" cinayətindən mühakimə olunan və fəal peşmançılıq qanunundan yararlanan Dilan D. (19) ittihamnamədə əks olunan ifadəsində, təşkilat və nümayəndələri haqqında etiraflar edib.

    Muxalifet3 - 14-11-2018

  12. Keçmiş MKİ əməkdaşından ABŞ-a ağır ittihamlar - QAŞIQÇI CİNAYƏTİ

    Keçmiş MKİ əməkdaşı Bob Baer, Ağ Evin, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinin ört-basdır edilməsinə kömək etdiyini deyib.
     
    Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatnını (MKİ) əməkdaşı Bob Baer, CNN-ə verdiyi açıqlamada, ABŞ-ın Qaşıqçı qətlinə qəsdən səssiz qaldığını bildirib və Səudiyyə Ərəbistanda  nələrin baş verdiyini daima görməzdən gəldiyini deyib.

    Muxalifet3 - 14-11-2018

  13. Kreml açıqladı: Putin Türkiyəyə gəlir

    Rusiya prezidenti Vladamir Putinin Türkiyəyə gələcəyi və Ərdoğan ilə görüş keçirəcəyi bəlli olub.
    Kremldən verilən məlumata görə, Putin İstanbulda Ərdoğanla ikitərəfli görüş keçirəcək.
    Müxalifət.az

    Muxalifet3 - 14-11-2018

  14. ​Hadı Rəcəbli əlilliyə görə iki nazirliyə çağırış edib

    “Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb. Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə, II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar”.
    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

    Muxalifet - 14-11-2018

  15. İsrail Qüdsdə Türk istəmir

    İsrailin Qüdsü ziyarət etmək istəyən Türklərə viza şərtlərini ağırlaşdıran qərarından sonra təpki göstərən Türk təşkilatlarının rəsmiləri, İsrail dövlətinin Qüdsdə Türk istəmədiyi məsələsində həmfikirdir.
     

    Muxalifet3 - 14-11-2018

  16. ​Azərbaycan - Farer adaları matçının hakimləri açıqlanıb

    UEFA Millətlər Liqasının V turunda Azərbaycan və Farer adaları yığmaları arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.  
    Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dimitrios Masiasa Marios Kalogiru və İoannis Lazaru yan xətt, Omiros Tsiortsis dördüncü hakim, Vasilis Dimitriu və Lukas Sotiryu əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar. 
    Ukraynalı Volodimir Petrov hakim-inspektor, çexiyalı Yaroslav Dudl UEFA nümayəndəsi təyin edilib. 

    Muxalifet - 14-11-2018

  17. ​Fazil Mustafa metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"

    Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın.
    Muxalifet.az xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib.
    Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır:

    Muxalifet - 14-11-2018

  18. ​Türkiyə 83 ölkəyə dosye göndərdi

    Rəsmi Ankara 83 ölkədən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan 452 nəfərin Türkiyəyə ekstradisiyasını tələb edir.
    Bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
    Nazirin sözlərinə görə, 83 ölkəyə həmin şəxslərin FETÖ ilə işbirliyində olduğunu təsdiq edən müvafiq sənədlər göndərilib: “Biz həmin şəxslərin Ankaraya təhvil verilməsini tələb edirik”.
    Türkiyə hakimiyyət orqanları FETÖ-nü 2016-cı ildə dövlət çevrilişinə cəhd etməkdə ittiham edir. Təşkilat lideri Fətullah Gülən ittihamları rədd edir.

    Muxalifet - 14-11-2018

  19. ​Saxta avro satan azərbaycanlılar saxlanıldı - RUSİYADA

    Rusiyanın paytaxtı Moskva şəhərində saxta avronun satışı ilə məşğul olan beynəlxalq mütəşəkkil dəstənin üzvləri saxlanılıb.
    Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanılar arasında Moldova, rus vətəndaşları ilə yanaşı azərbaycanlılar da olub.
    Onlar 10 min avronu satarkən ələ keçirilib. Faktla bağlı istintaq başladılıb.

    Muxalifet - 14-11-2018

  20. Masallıda məktəbin stadionu satılıbmı? - Direktordan açıqlama

    Son günlər xəbər portallarında Masallıda orta məktəbin stadionunun satışa çıxarıldığı və hətta, artıq alıcısının da tapıldığı yazılır.
    Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə Masallı rayonunun Qəriblər kənd sakinləri tərəfindən verilən məlumatda deyilir.
    İddiaya görə, stadionu Bələdiyyə sədri Müşfiq Ağayev satıb. 0,5 hektar ərazisi olduğu deyilən stadionun artıq yeni sahiblərinə veriləcəyi bildirilir.

    Muxalifet - 14-11-2018

Pages