Azərbaycanda 35 yaşlı müəllimədən DƏHŞƏTLİ ƏMƏL: Dərsdən çıxandan sonra…
25-04-2019 09:53
Baxış sayı:
7912

Dünən Salyan rayonunun Seyidsadıqlı kəndində özünü çaya ataraq intihar edən müəllimənin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1982-ci il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının meyitini çaydan çıxararaq aidiyyatı üzrə təhvil verib.
Məlumata görə, intihar edən 35 yaşlı A.Dadaşova kənd məktəbində ibtidai sinif müəllimi kimi çalışıb və 3 uşaq anası olub. O, dünən günün birinci yarısında məktəbdə dərs prosesində iştirak edib, sonra evə gələrək məktub yazıb və kən d ərazisindəki körpüyə gələrək özünü çaya atıb.
Orta məktəbdən bildirilib ki, onun işdə hər hansı problem olmayıb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./Publika