Azərbaycanda toy yasa döndü – ÖLƏN VAR
25-04-2019 10:52
Baxış sayı:
8098

Ötən gecə Bakı-Quba magistralının Xırdalan istiqamətindən keçən hissəsində ağır yol qəzası baş verib.
Abşeron rayonu ərazisində “Toyota” markalı, 99 FX 360 dövlət qeydiyyat nişanlı minik avtomobili sərxoş halda yolu keçən 1963-cü il təvəllüdlü Mais Babayevi vurub.
Ağır xəsarət alan56 yaşlı piyuada hadisə yerində ölüb.
Bildirilir ki, M.Babayev yaxınlıqdakı şadlıq evində iştirak etdiyi toy mərasimindən çıxarkən dəhşətli hadisə ilə üzləşib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.