​Bakıda böyük tıxac – Ziya Bünyadov “iflic oldu”

Baxış sayı:
5377

Bakının ən böyük prospektlərindən olan Ziya Bünyadov prospektində böyük tıxac yaranıb. BakuPost-un məlumatına görə, bir saatdan çoxdur ki, Metronun Koroğlu stansiyasından 20 Yanvara doğru nəqliyyatın hərəkəti az qala dayanıb.
Tıxacın aradan qaldırılması üçün hər hansı tədbirin görüldüyü müşahidə olunmur.
Tıxacın yaranma səbəbi kimi "Formula 1” yarışlarına görə bir sıra yollarda hərəkətin məhtudlaşdırılması göstərilir
Ziya Bünyadov prospekti ilə yanaşı paytaxtın bir sıra prospekt və küçələrində də sıxlıq müşahidə edilir.