Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu - Formula 1

Baxış sayı:
9886

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bu, Kardi B ləqəbli Belkalis Almanzardır.
ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.
Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.