​"Bax, gör, ölmüşəm?" - Qəza vaxtı çəkilən ŞOK VİDEO

Baxış sayı:
9286

Türkiyənin Adana bölgəsində avtomobil qəzası baş verib. 
Türkiyə mətbuatı xəbər verir ki, qəza nəticəsində sürücü ağaca çırpılan avtomobildə sıxışıb qalıb. Qəzanı həmin yerin yaxınlığından keçən bir şəxs aşkar edib. 
Həmin şəxs telefonunu çıxararaq qəza yerini çəkməyə başlayıb. Bu zaman içəridə sıxışıb qalan sürücü həmin şəxsdən “Bax, gör, mən ölürəmmi?”- deyə soruşub. Video çəkən şəxs isə “ Burada necə sağ qala bilmisən? Avtomobilin təkəri qopub” deyə bildirib. Sürücü isə “Təkər qopub, mən burdayam” kimi cavablayıb. 
Hadisə yerinə ambulans və polis əməkdaşları gələrək yaralıya yardım edib. Qəza yerindən çəkilən video isə sosial şəbəkələrdə sürətlə yayılıb.