​Birgə yaşadığı qadını qətlə yetirdi - DAŞKƏSƏNDƏ - YENİLƏNİB

Baxış sayı:
1861

Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un məlumatına görə, Əhmədli kəndində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahizər Abbasova rayonun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırova görə öz ərindən boşanıb və onunla vətəndaş nikahında yaşayıb. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin son məlumata görə, artıq o da həyat yoldaşından boşanıb.
Kənd sakinlərinin sayta verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib. Həmin gecə oğlu qonşuluqda olan bacısıgildə olub. Qadın oğluna həmin gün evə gəlməyəcəyini deyib və tək qorxmaması üçün bacısıgilə getməsini istəyib. Səhər uşaq öz evlərinə qayıdanda anasını ölmüş vəziyyətdə görüb. Baş nahiyəsindən küt alətlə qətlə yetirilmiş qadının əvvəllər kiminləsə bir münasibətinin olmadığı bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Q.Bağırovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Çanaqçı kənd sakinləri bildiriblər ki, Qorxmaz Bağırov sürücülüklə məşğuldur. Özünə məxsus "ZİL" markalı avtomobillə yük daşıyaraq dolanır. Ailəsi və 15-16 yaşlı bir qızı və bir oğlu var. Təxminən bir ay əvvəl həyat yoldaşı məhkəmə yolu ilə ondan boşanıb. Buna kişinin başqa qadınla vətəndaş nikahında yaşaması, eyni zamanda öz xalası qızı üçün 3500 manat məbləğində kredit götürməsi və həmin krediti xalası qızının yox, məhz Q.Bağırovun öz uşaqlarının boğazından kəsərək ödəməsi səbəb olub.
Bildirilir ki, o, xalası qızı adına olan krediti qeyri-rəsmi yaşadığı qadına görə götürüb. Q.Bağırovun 2017-ci ilin yanvar ayında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə 15 gün həbsdə olduğu da deyilir.
Xatırladaqki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
 
***
11:28
 
Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.
Hadisə rayonun Əhmədli kəndində baş verib.
Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.
Məlumata görə, M. Cəfərova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı iiə ailəlidir, bir övladı var.
Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır(apa).