Çavuşoğlundan “cəsəd” haqqında açıqlama!

Baxış sayı:
5050

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, öldürülən Səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
 
Mövlud Çavuşoğlu, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair olaraq, "Cinayətin tamamilə ortaya çıxması üçün çox səy göstəririk. Hələ Qaşıqçı-nın cəsədi tapılmayıb" deyib.
İstintaqın dərinləşdirilərək davam etdiyini vurğulayan Çavuşoğlu, "Biz bu əvvəlcədən planlaşdırılmış cinayətin tamamilə ortaya çıxması üçün və arxasında kimlər var bunların açığa çıxması üçün çox səy göstəririk. Prokurorluğumuzun apardığı istintaqa bizlər və digər qurumlarımız, hüquq-mühafizə, xüsusi xidmət orqanları lazımi dəstəyi verirlər. Hələ Qaşıqçı-nın cəsədi tapılmayıb. Dolayısıyla, hazırda bu cinayəti törədənlər Səudiyyə Ərəbistanında olduğuna görə, Səudiyyə Ərəbistanının məsuliyyəti böyükdür. Səudiyyənin xarici işlər nazirinə da telefonda birmənalı şəkildə bunu dedim" deyə söyləyib.
 
Bütün dünya maraqlanır
 
Səudiyyə Ərəbistanı tərəfinin də cinayətin əvvəlcədən planlaşdırdığını etiraf etdiyini deyən Çavuşoğlu, “Başlanğıcda bir çox şey inkar edildi, amma yavaş-yavaş hamısı etiraf edilməyə başlayıb. Əvvəlcədən planlaşdırılmış cinayətin səbəbkarları Səudiyyə Ərəbistanda həbs olundu. Onların da apardığı bir cinayət işi var. Bu barədə baş prokurorların məlumat mübadiləsi və birgə işlərinin da faydasını görürük. Bu əməkdaşlığın davam etməsi lazımdır. Amma zaman qazanmaq və baş qatmaq kimi olmasın, bizim dərdimiz budur. Tezliklə bu istintaq nəticələnsin. Bütün dünya bununla maraqlanır. Bütün həqiqətlər ortaya çıxsın. Bu həqiqətlərin ortaya çıxması baxımından da dünənki səfəri əhəmiyyətli hesab edirəm. Onların təklifi ilə bu səfəri qəbul etmişik və bu görüş baş tutdu" deyə bildirib.
Müxalifət.az