Çevrilişçi Sisi hakimiyyət ömrünü uzatdı

Misirdə qanlı bir çevrilişlə hakimiyət başına gələn Sisi, vəzifədə uzun müddət qala bilmək üçün konstitusiya dəyişikliyi ilə bağlı parlamentdən razılıq alıb.
Misir parlamenti prezidenti Əbdul- Fəttah Sisiyə 2030-a qədər vəzifədə qala bilmə yolunu açan konstitusiya dəyişikliyini qəbul edib.
Qeyd edək ki, Misirin demokratik seçki ilə vəzifəyə gələn ilk dövlət başçısı olan Məhəmməd Mursi 2013-ci ildəki etiraz aksiyalarından sonra general Sisi tərəfindən çevrilişlə vəzifədən alınaraq həbs edilmişdi.
2030-a QƏDƏR VƏZİFƏDƏ QALA BİLƏR
Sisinin vəzifə müddətini 4 ildən 6 ilə qədər uzatmağı nəzərdə tutan konstitusiya dəyişikliyi 596 yerlik Misir parlamentində keçirilən səsvermədə, 22-si əleyhinə, 531 səs lehinə olmaqla qəbul edilib. Konstitusiya dəyişikliyi ilə Sisiyə bir dövr daha prezidentliyə namizəd olmaq haqqı da tanınmış oldu.
SİSİYƏ HÜDUDSUZ SƏLAHİYYƏT
Qəbul edilən konstitusiya dəyişikliyi çərçivəsində Sisinin məhkəmə üzərindəki nəzarəti artırılarkən, ordunun da Misirin siyasi həyatındakı nüfuzunu artırması da mümkün oldu. Konstitusiya dəyişikliyinin bu ay ərzində xalqın rəyinə təqdim edilməsi gözlənilir.
KONSTİTUSİYA DƏYİŞİKLİYİNƏ TƏPKİ
Edilən dəyişikliklərə təpki göstərənlər bunun "konstitusion olmadığını" qeyd edir. Dəyişikliklərin Sisiyə "hakimiyyətdən sui-istifadə etməsinə" imkan verdiyi irəli sürülür. İnsan Haqları Monitorinq Təşkilatı dəyişikliklərin "avtoritar rejim formasına gətirəcəyi" xəbərdarlığını edib.
Müxalifət.az