Çevrilişçilərə dəstək: ABŞ gözünü indi də Liviyaya dikdi!

Baxış sayı:
10351

Bütün dünyada çevrilişçilərə arxa çıxan ABŞ-ın prezidenti Donald Tramp, Afrikada ən böyük neft ehtiyatına sahib olan Liviyada siyasət dəyişikliyinə gedərək çevrilişçi general Hafterə açıq dəstək verməyə başlayıb. ABŞ prezidenti Donald Trampın Liviya siyasətində çevrilişçi general Xəlifə Hafterin xeyrinə dəyişikliyə getdiyi iddia edilib. Amerika mərkəzli “Bloomberg” xəbər saytının Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, Trampın Hafter ilə keçirdiyi görüşdə, ABŞ-ın BMT tərəfindən tanınan Liviya UMH rəhbərliyini devrilməsi məsələsində Hafteri dəstəklədiyini qeyd etdiyi irəli sürülüb. ABŞ prezidenti Donald Trampın 15 apreldə Liviyanın şərqindəki qüvvələrin lideri general Hafter ilə keçirdiyi görüşdə, ABŞ-ın BMT tərəfindən tanınan paytaxt Tripoli mərkəzli Liviya Milli Razılıq Hökumətini devirmək məsələsində Hafterə açıq çek təqdim etdiyi bildirilib. Trampın 15 apreldə Hafter ilə görüşməsinə yönəlik Ağ Evin verdiyi açıqlamasında, "neft" vurgusu önə çıxmışdı. Liviya Afrikanın ən böyük neft ehtiyatlarına malikdir. Sisi və Məhəmməd bin Zayed təsirli oldu Trampın Hafter ilə telefon danışığında Misirin xunta lideri Əbdul- Fəttah Es-Sisi ilə Ağ Evdəki görüşü və Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed (MBZ) ilə apardığı telefon söhbətindən sonra baş verdiyinə diqqət çəkilərkən, bu iki şəxsin Trampdan Hafterə dəstək verməsini istədikləri irəli sürülüb. ABŞ prezidenti Sisi ilə iyunun 9-də Ağ Evdə Trampla görüşmüşdü. Bu görüşdən sonra Tramp 14 apreldə Əl-Nəhyan ilə telefon danışığı aparmışdı. Yaşıl işıq yandırdı “Bloomberg”-ə adlarının açıqlanmasını istəməyən üç diplomat da Trampdan əvvəl Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun Hafter ilə keçirdiyi telefon danışığında Tripoliyə qarşı hücuma yaşıl işıq yandırdığını irəli sürüb. Neft görüşü Ağ Ev Trampın 15 apreldə Hafterlə "davam edən terrorla mübarizə səylərini və Liviyada sülh və sabitliyi əldə etmək lüzumunu müzakirə etdiyini" açıqlamışdı. Bəyanatda Trampın Hafterin "Liviyanın neft ehtiyatlarını qorunub saxlanmasında rolunu təqdir edib" və "iki tərəf də Liviyanın sabit demokratik siyasi sistemə keçidi üçün ortaq bir perspektivi müzakirə edib" ifadələrinə yer verilməsi diqqət çəkmişdi. Müxalifət.az