Dörd azərbaycanlı Rusiyanın gənc liderlərinin sırasında
12-04-2019 15:34
Baxış sayı:
8830

Fransanın “Institut Choiseul” müstəqil analitik mərkəzi “Choiseul 100 Rusiya” layihəsini təqdim edir.
Layihə müəllifləri müasir nəslin 40 yaşına qədər olan ən parlaq və istedadlı, potensialları ölkə iqtisadiyyatının modernləşdirilməsinə uyğun gələn nümayəndələrini seçir.
Maraqlıdır ki, Rusiyanın TOP-100 siyahısına dörd azərbaycanlı da daxil edilib.
Belə ki, siyahıda “Expecto.me” şirkətinin 28 yaşlı qurucusu Rahim Əhədovun, Uzaq Şərqdə insan kapitalının inkişafı üzrə Agentliyin baş direktorunun 33 yaşlı müavini Həsən Həsənbalayevin, “Sberbank”ın 37 yaşlı baş vitse-prezidenti Cahangir Cahangirovun və Rusiya iqtisadi inkişaf nazirinin 39 yaşılı müavini Azər Talıbovun adları var.