Dərman taxıl sahəsini məhv etdi - VİDEO

Ağcabədi rayonunda taxıl sahəsinə alaq otlarına qarşı səpilən dərman bütün əkini məhv edib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qaravəlli kəndində bir neçə fermer becərdikləri taxılı dərman qurudub. Onlar bildirir ki, alaq otlarına qarşı Bərdə rayonundan dərman alıblar. Taxıl sahəsinə səpiləndən bir neçə gün sonra yetişməkdə olan taxıl bitkisi məhv olub.
Fermerlər deyir ki,10 hektardan çox sahədə taxılın quruması onlara xeyli ziyan vurub. Həm də məlum olub ki, aldıqları dərman əkilmiş sahələrə yox, şumlanmış torpağa səpilməsi üçün nəzərdə tutulan dərman imiş.
Məsələ ilə bağlı dərman satan sahibkar Rafael Abbasov bildirib ki, həmin dərman yanlışlıqla fermerə verilib. Sahələrə baxış keçirilib, dəymiş ziyan sahibkara yaxın günlərdə ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: