Dünyanı sarsıdan etiraf: Obama, Hillari və Sorosu öldürməyi planlaşdırır

Baxış sayı:
10339

 ABŞ-da Milli Birləşmiş Konstitusion Qrupunun lideri Larri Mitçel Hopkins ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq Xarici İşlər naziri Hillari Klinton və milyarder Corc Sorosa sui-qəsd etməyi planlaşdırdığını etiraf edib.
 
ABŞ-ın cənub-qərbindəki New Mexiko əyalətində yaşayan Larri Mitçel Hopkins ABŞ prezidenti Barak Obama, keçmiş Xarici İşlər naziri Hillari Klinton və milyarder Corc Sorosa sui-qəsd etməyi planlaşdırdığını deyib.
Hopkinsin vəkili ittihamları rədd etməsinə baxmayaraq FTB bu ifadələrin qrupun liderinin özünə aid olduğunu deyib. Vəkil Kelly Oconell “NBC News”-a müştərisi Hopkinsin "belə şeyləri heç düşünmədiyi məsələsində israr edib" deyib.
 
Miqrantlarla bağlı bir iddiadan həbs olundu
 
 Hopkins qaçaq silah və hərbi texnika almaq ittihamı ilə bazar ertəsi Nyu Mexikodakı Las Crucesdə məhkəməyə çıxarıldığı, şənbə günü isə Meksika sərhədində qanunsuz miqrantlarla bağlı başqa bir iddiadan həbs olunduğu bildirilib.
 ABŞ orqanları Hopkinsin Meksika-ABŞ sərhədinə yaxın səhrada köçkünləri saxladığını açıqlayıb.
BBC-yə görə, "FTB 2017-ci ildə ilk dəfə qrupun varlığının fərqinə varıb. FTB 2017-ci ildə Hopkinsin liderliyini etdiyi qrupun təxminən 20 üzvə malik olduğunu və AK 47 avtomatı və digər silahlarla silahlandırıldığını deyib.
Obama, Hıllary və Sorosu sol qrupu dəstəklədiyi üçün öldürmək istəyən
 Hopkins, məhkəmədə verdiyi ifadədə, Corc Soros, Hillari Klinton və Barak Obamaya Demokrat Partiyanın sol qrupu dəstəklədikləri üçün sui-qəsd etməyi planlaşdırdığını qeyd etdiyi açıqlanıb.
Ancaq vəkil müvəkkilinin niyə iki il ərzində nəzarətdə saxlanıldığını sual edərək "FTB 2017-də Hopkinsin evini axtardı və Hopkinsin arvadına aid olduğunu deyən silahları tapdı, ancaq o vaxt həbs olunmadı" - deyib.
“Los Angeles Times” qəzetinə görə, Hopkins 10 ilə qədər həbs və 250.000 dollara qədər pul cəzası ala bilər.
Müxalifət.az