FETÖ-ya Braziliyada zərbə! Əli Sipahi həbs olundu

Baxış sayı:
10276

Türkiyənin Braziliyadan deportasiya edilməsini tələb etdiyi FETÖ üzvü Əli Sipahi 5 apreldən bəri bu ölkədə nəzarətə alındığı öyrənilib. FETÖ üzvü Əli Sipahi Amerikadan Sao Paulo şəhərinə qayıtdığı 5 aprel tarixindən bəri nəzarətdə olduğu müəyyən olunub. Braziliya səlahiyyətli orqanlarına görə, Braziliya Ali Məhkəməsi 19 martda Sipahinin nəzarətə alınmasına qərar verib. Braziliya polisinin mediaya verdiyi açıqlamaya görə, FETÖ üzvü Sipahi Amerikadan Sao Paulo şəhərinə qayıtdığı 5 apreldə Guarulhos Hava Limanında Braziliya Federal Polisi tərəfindən saxlanılıb. Məhkəmə ekstradisiya tələbini qiymətləndirir Xəbərə görə, o tarixdən bəri nəzarətdə saxlanılan Ali Sipahinin Türkiyəyə ekstradisiya tələbi Braziliya Ali Məhkəməsi tərəfindən qiymətləndirilir. Braziliya Federal Ali Məhkəməsinin hakimi Edson Fachin, Sipahinin 3 may günü saat 10.00-da məhkəmədə dinlənilməsinə qərar verib. Müxalifət.az