Formula 1 bitdi: yollar nə zaman açılacaq? - Açıqlama

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnaliastlərə açıqlamasında yarışla bağlı təəssüratlarını bildirib.
Muxalifet.az xəbər verir ki, o, hər zaman yarışlar bitəndə kədərləndiklərini söyləyib:
“Çox hazırlaşdıq. Fəxr edirik ki, hər şey gözəl keçdi. Yarış çox yaxşı keçdi, Valteri Bottas qələbə qazandı. Bu günlər ərzində çox gözəl əyləncə proqramları oldu, bu gün də sonuncu əyləncə proqramımız keçiriləcək. Ümumilikdə yarışlar çox böyük maraqla qarşılandı, nəticələrdən razıyıq. Nəticələr göstərir ki, hər il Bakını ən gözəl surətdə göstərə bilirik, bu il də elə oldu. Şəhərin mərkəzində belə bir yarış keçiririk, Qran-Pri təşkil olunur, əməkdaşlarımız əlindən gələni edir ki, yarışlar daha da maraqlı olsun”.
Yolların nəqliyyatın hərəkətinə açılmasından danışan Nigar Arpadarai bildirib ki, 29 apreldə bulvar ərazisi nəqliyyat vasitələrinin istifadəsinə açılacaq:
“30 apreldə isə bütün yollar açılacaq”.