Göygöldə 16 yaşlı qız yıxılaraq öldü
25-04-2019 21:27
Baxış sayı:
10273

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb. Muxalifet.az xəbər verir ki, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.