Hakerlər FTB casuslarının “dosye” qeydlərini ələ keçirdi!

Baxış sayı:
3496

 “Techcrunch” internet saytında yer alan xəbərə görə, kompüter hakerləei FTB Milli Akademiyasına məxsus internet saytlarına sızaraq federal agentlik və polis nümayəndələrinə aid xidmətə xüsusi istifadə üçün saxlanılan şəxsi heyət qeydlərini oğurlayıb.
 
 Sənədlərdə vəzifəlilərin adları, ünvanları, telefon nömrələri və e-poçt ünvanlarının yer aldığı qeyd olunub.
Piratlar 4 minə yaxın adamın şəxsi məlumatlarının yer aldığı qeydləri, Ukraynada nəşr edilən bir internet saytında yayıb.
İnternet saytına açıqlama verən hakerlərdən biri, FTB-dən başqa, ABŞ hökuməti ilə əlaqəli mindən çox veb saytına sızaraq 1 milyondan çox məmurun şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. Kompüter hakeri bu məlumatları "qaranlıq veb" adı verilən xüsusi cihazlarla çatılan gizli tərcümə portalları vasitəsilə anonim alıcılara satmağı planlaşdırdıqlarını deyib.
Müxalifət.az