İki çevrilişçi general görüşdü: Sisi Hafterə taktika verdi

Baxış sayı:
12826

 Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter Misirin əli qanlı çevrilişçi prezident Əbdul- Fəttah es-Sisi ilə Qahirədə bir araya gəlib. İki çevrilişçi generalın görüşməsi əlamətdar qarşılanıb.
 
General Hafter Misirin prezidenti Əbdul- Fəttah es-Sisi ilə son prosesləri qiymətləndirib.
Misirin rəsmi agentliyi MENA-nın xəbərinə görə, Əbdul- Fəttah es-Sisi general Hafteri paytaxt Qahirədəki İttihadiyə Sarayında qəbul edib.
Görüşdə Liviyadakı son proseslərin dəyərləndirildiyi qeyd olunub.
 
Paytaxt Tripolini zəbt etmək üçün hərəkətə keçmişdi
 
 Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum əmri vermiş, bundan sonra paytaxtda yerləşən Milli Anlaşma Hökumətinin qoşunları də qarşı əməliyyat başlatmışdı.
Paytaxt Tripoli ətrafında kəskinləşən toqquşmalar 10 gündür davam edir.
Müxalifət.az