İlk S-400 Türkiyəyə nə vaxt göndəriləcək? – Rus səlahiyyətlidən açıqlama

Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin Türkiyəyə ilk S-400 daşınmasının yaxın zamanda həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
"Hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığımız aktiv şəkildə inkişaf edir, siz S-400 layihəsini bilirsiniz, bu kompleksin birinci hissəsini yaxın gələcəkdə göndərməyi planlaşdırırıq və digər layihələrdə də fəal əməkdaşlıq edirik", - deyə Fomin Moskva Təhlükəsizlik Konfransında bildirib.
Türkiyə bir əyilməzlik göstərdi
Fomin Türk tərəfdaşlarının aktiv mövqeyinə toxunaraq "ABŞ-ın S-400-ə qarşı güclü bir təzyiqinə baxmayaraq çox böyük bir ruh sərtliyini və meylini göstərdilər” deyib.
Fomin Rusiya və Türkiyənin əlaqələrinin siyasət, iqtisadiyyat və hərbi texniki əməkdaşlıq daxil olmaqla, bütün sahələrdə yüksəlişdə olduğunu vurğulayaraq "Hərbi sahədə əməkdaşlıq edirik, müəyyən bir formata sahibik. Suriya mövzusunda da əməkdaşlıq edirik. Türkiyə Astana prosesinin qarant ölkələrindən biridir və Türkiyə tərəfi ilə əməkdaşlıq olmadan İdlib təhlükəsizlik sahəsinin qurulması başda olmaqla, Suriyadakı sülh prosesində bəzi mövzuları həll etmək qeyri-mümkün idi" deyib.
Müxalifət.az