​İsraillə İŞİD arasındakı yeganə fərq budur - Professor

Baxış sayı:
9883

İsraillə İŞİD arasındakı yeganə fərq sionist köşə yazarlarının yəhudi dövlətinin törətdiyi teraktları müdafiə etməsidir.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın Kolumbiya Universitetinin professoru Həmid Dabaşi Feysbuk səhifəsində yazıb. O, oxşarlığa nümunə kimi Qolan təpələrini göstərib:
“Cihadçı qrupun quldurları Suriyanın bəzi bölgələrini fəth edərək xəlifəlik elan edib. Onların israilli həmkarları da Suriyanın bəzi bölgələrini (Qolan təpələri) ələ keçirib və sionist köçkün koloniyasının bir hissəsi elan edib. Tək fərq İŞİD-in Nyu Yorkdakı təmiz paltarlı sionist köşə yazarları kimi müttəfiqləri olmamasıdır”.
Sözügedən universitetin tələbələri professorun açıqlamasına sərt reaksiya verib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Suriyanın Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb.