İstanbul seçkisində son durum: YSK rəqəmləri açıqladı
8-04-2019 17:48
Baxış sayı:
3667

31 mart bələdiyyə seçkisinin keçirildiyi İstanbuldasəslərin sayılması ilə namizədlər arasındakı fərq yenə dəyişib.
Baş başa bir yarışa səhnə olan İstanbulda CHP-li Əkrəm İmamoğlu ilə AK Partiyanın namizədi Binəli Yıldırım arasındaki səs fərqləri hər keçən saat azalır.
AK Partiya şikayət müraciətindən sonra səslərin yenidən sayılması prosesindəki Yüksək Seçki Komissiyasınim təqdim etdiyi son rəqəmlər bunlardır:
Əkrəm İMAMOĞLU: 4.170.916
Binəli YILDIRIM: 4.155.612
FƏRQ: 15.304
Müxalifət.az