İstanbulda torpaq sürüşməsi: Bina uçdu
22-04-2019 20:18
Baxış sayı:
12016

Türkiyənin İstanbul şəhərinin Kağızxana bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi olub.
Muxalifet.az xəbər verir ki, torpaq sürüşməsi dördmərtəbəli binanın uçmasına səbəb olub. Binanın uçması nəticəsində xəsarət alan olmasa da, bir neçə avtomobilə ziyan dəyib.
Ətrafdakı binalarda məskunlaşan sakinlər təxliyyə edilib.