"Kişi olmaq çox çətindir" - Həbib Nurməhəmmədov
1-03-2019 13:27
Baxış sayı:
8113

UFC-nin yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov “Instagram” hesabında müasir kişilərin həyatı ilə bağlı rəy bildirib. Nurməhəmmədovun sözlərinə görə, kişi ilə problem bir-birindən ayrılmaz məfhumlardır. “Elə olmur ki, kişi olasan, amma problemin olmasın. Kişi olmaq çox çətindir. Ələlxüsus indiki zəmanədə”, - deyə döyüşçü əlavə edib. Xatırladaq ki, fevralın 25-də X.Nurməhəmmədov “Kişilərin ovu” tamaşasına qarşı çıxmışdı. Döyüşçü tamaşanın qeyri-etik məzmunlu olduğunu bildirmiş və belə tədbirlərin Dağıstanda təşkil olunmasına qarşı çıxdığını vurğulamışdı.