Məşhur meyxanaçı efirdə yalan danışdı: Zaur BAĞIŞLAMADI
17-04-2019 10:38
Baxış sayı:
5854

"Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, elə bilirlər bunları mən dəvət edirəm. Bunu telekanal ilə, Zaur qardaşımla bir yerdə məsləhətləşirik".
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bunu meyxanaçı Ağamirzə qonağı olduğu "5/5"də özü ilə proqrama təşrif buyuran gənc həmkarlarını tamaşaçılara təqdim edərkən deyib.
Aparıcı Zaur Kamal tanınmış meyxana ustadının sözünü yarımçıq kəsərək, onun yalan danışdığını bildirib:
"Amma siz dediniz ki, "Bunlar olsun. Mənim tələbələrimdir". Yalan danışmayaq, düzünü deyək. Ağa dedi, biz də dedik baş üstə".