Nişanlı oğlan özünü asdı - GÖYÇAYDA
3-03-2018 15:12
Baxış sayı:
4876

Bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, M. Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırdı./apa/