Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq
12-04-2019 15:53
Baxış sayı:
8971

Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib. Muxalifet.az xəbər verir ki, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir. Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər. Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.