Putinin 2018-ci ildəki gəliri məlum oldu: “Kasıblayıb”

Baxış sayı:
3745

 Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə əldə etdiyi gəlir məlum olub. 2017-də 18 milyon 728 min rubl gəlir əldə Putinin qazancı, keçən il 8 milyon 648 min rubla enib.
 
Kreml tərəfindən dövlət rəhbərliyindəki şəxslərə dair dərc olunan mal varlığı məlumatlarına görə, 2017-də 18 milyon 728 min rubl qazanan Putin, ötən il 8 milyon 648 min rubl qazancla kasıblayıb.
 Rusiyanın baş naziri Dmitri Medvedevin də ötən il 9 milyon 917 min rubl  gəlir əldə etdiyi qeyd edilib.
Açıqlamaya görə, Putinin özünə aid Rusiyada 2 mənzil, 2 avtomobil qarajı və 3 avtomobili, Medvedevin də 367,8 kvadratmetrlik mənzil və 2 maşını var.
Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun 443 milyon 384 min rublluq qazancla ölkədə keçən il ən çox gəlir əldə edən nazir olarkən, 2-ci yerdə 183 milyon 778 min rublluq qazancla Rusya kənd təsərrüfatı naziri Dmitri Patruşev yer alıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən il 11 milyon 532 min rubl  qazanarkən, Rusiya xarici işlər naziri Sergey Lavrov isə 7 milyon 340 min rubl gəlir əldə edib.
Müxalifət.az