Qasim Süleymaninin yerinə müavini - İsmayıl Qani təyin olundu
3-01-2020 20:00
Baxış sayı:
3769

İraqın paytaxtı Bağdadda hava limanına tərtib olunan raket hücumunda Qasim Süleymaninin həyatını itirməsindən sonra, onun yerinə Qüds Qüvvələri komandanlığına İsmayıl Qani təyin edildi. General İsmayıl Qani Süleymaninin köməkçisi idi. İran Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi bir neçə saat ərzində ABŞ hücumlarına qarşı qəbul edilmiş qərarın açıqlanacağını söylədi. Xatırladaq ki, toplantıda ilk dəfə dini lider Ayətullah Əli Xameneyi də iştirak etdi.
Muxalifet.az