Qubaya qar yağıb - FOTO
20-04-2019 09:32
Baxış sayı:
10249

Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.
Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.
Qar meyvə ağaclarına zərər vurub.
Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.