Ər arvadını qətlə yetirdi - Sumqayıtda DƏHŞƏT
17-05-2018 16:06
Baxış sayı:
8527

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib. Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.