Ramil Usubov rəis müavinini işdən çıxardı
26-04-2019 11:29
Baxış sayı:
11842

Daxili İşlər naziri Ramil Usubov rəis müavinini işdən çıxarıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Onun yerinə isə hələlik təıyinat yoxdur.
Xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov təsdiqləyib.