Ərdoğandan ABŞ-a F-35, S-400 və yerli seçki təpkisi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yerli seçkidən sonra bəyanatlar verən ABŞ və Avropaya çox sərt sözlər deyib.
Ərdoğan Vaşinqton rəhbərliyinin S-400 və F-35 təhdidlərinə də cavab verib.
Ərdoğan, "Türkiyə daxilində 30 şəhərin 15 dənəsində biz qalib gəldik. MHP-də bir böyük şəhərdə qalib gəldi. “Cümhur İttifaqı” olaraq bizim aldığımız səs 53.3 faizdir, buraya gəlmiş vəziyyətdəyik. Bunu bütün millətimin bilməsi lazımdır. Daxili işlərimizə qarışmaq istəyən ABŞ-ın bunu bilməsi, Avropanın bunu bilməsi lazımdır. Siz həddinizi bilin. Öz ölkənizdə bunun etirazını görmüsünüz. Hər kəs həddini biləcək. Türkiyədə seçkidə iştirakı 83 faizə varan bir seçki demokratiyası dərsi verilmişdir" deyib.
ABŞ-ın bu andakı ritorikaları çox səhvdir. Rusiyaya 8 apreldə bir səyahətimiz olacaq. Biz S-400 prosesini bitirmişik. S-400 ilə bağlı ödəmələrimiz davam edir. Biz ABŞ-a “Patriot” almaqla bağlı təklif etdik. ABŞ uyğun şərtlər bizə tanımadı. Biz də bu səbəblə bu duruşda oraya isti baxmırıq. S-400-ün iyul ayında təhvil başlayacaq.
F-35 məsələsində önünə gələn bir şeylər deyir. Çox qısa bir müddət ərzində dördüncü təyyarəni də təslim edəcəklər. Pilotlarımız təhsil alır. Mövlud Çavuşoğlu NATO toplantısı üçün orada idi. NATO baş katibinin çıxışı diqqətəlayiqdir”.
Müxalifət.az