Rusiya bəyan etdi: Dünya üçün ən böyük təhlükə

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Trubnikov, dünya üçün ən böyük təhlükənin ekoloji fəlakət olduğunu deyib. Rus mütəxəssis, ekoloji mühitin yox olmasının nüvə silahın yaratdığı təhlükədən daha böyük olduğunu bildirib. Trubnikov “Sputnik”-ə verdiyi müsahibədə, ətraf mühit problemlərini dünya üçün ən böyük təhdid kimi gördüyünü bildirib. Trubnikov "Bir kəşfiyyatçı kimi, ətraf mühitlə bağlı problemləri bəşəriyyətə qarşı ən böyük, ən real təhlükə kimi görürəm. Nüvə silahı da təhdiddir, ancaq insanlar bu təhdidin azaldılması üçün tədbirlər görür" deyib. ABŞ-ın INF müqaviləsindən çıxması ağılsızlıqdır Trubnikov ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən (INF) çəkilməsini narahatlıq verici ağılsızlıq kimi qiymətləndirib, ancaq gələcəkdə yeni müqavilələrin olacağını da qeyd edib. “Məni daha çox narahat edən məsələ Hindistan ilə Pakistan arasındakı münasibətlərdir. Pakistanın su tədarükünün kəsilməsi, daha dağıdıcı rol oynaya bilər" deyə davam edən Trubnikov, bunun məsələn, Pakistanın Belucistan şəhərinə atılan bir neçə nüvə bomba təsiri edəcəyini vurğulayıb. Müxalifət.az