Rusiya öz internet şəbəkəsini qurur!

Rusiya Parlamentinin alt qanadı olan Duma ölkədə yeni müstəqil internet şəbəkəsi yaratmaq üçün qanun layihəsini təsdiqləyib. Qanun layihəsini dəstəkləyən millət vəkilləri kiber hücumlarla mübarizə etmək niyyətində olduqlarını söyləyirlər.
Dumanın üzvləri deyirlər ki, Rusiyaya və ya internetə qarşı bütün dünyada istifadə edilən hər hansı bir kiber hücuma "hazır olacaqlar".
Rusiyanın “İnterfax” agentliyinə görə, Moskvada internetin avtonomiyasını qorumaq və xaricilərin müdaxiləsini önləmək üçün məclisə təqdim edilən qanun, Duma tərəfindən 307 səs lehinə, 68 əleyhinə olmaqla qəbul edilib.
Qanun layihəsi Məclisin yuxarı qanadı olan Federasiya Şurası və sonra da Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiq olunmalıdır.
Federasiya Şurasına önümüzdəki günlərdə gəlməsi gözlənilən qanun, təsdiq edildiyi təqdirdə 1 noyabr 2019 tarixində qüvvəyə minəcək.
Rusiya rəhbərliyinin və dövlətinin birbaşa müdaxiləsi “Runet” adı veriləcək ölkədəki müstəqil internet sistemi üçün daha asan olacaq.
Rusiyanın milli telekom nəzarətçisi Roskomnadzor, internet provayderləri tərəfindən paylaşılacaq olan Runet üzərindəki məlumat axını, trafik və müştərilərin məlumatlarını paylaşacaq.
Beləliklə, Rusiyanın internet istifadəçilərinin məlumatlarının ölkədə qalmağı hədəflənir.
Qeyd edək ki, 2017-ci ildə 2020-ci il etibarı ilə Rusiyada internet trafikinin yalnız ölkə daxilindən idarə olunmasına qərar verilmişdi.
Müxalifət.az