Rusiyadan Türkiyə və F-35 açıqlaması!

Baxış sayı:
13051

 Türkiyənin F-35 proqramından çıxarılması iddiası ilə əlaqədar açıqlama verən Rusiyanın Dövlət Müdafiə Ssənayesi Şirkəti Rosoboronexport-un sədri Aleksandr Mixeyev, F-35-ə alternativ Rus döyüş təyyarəsi tədarükü sahəsində məsləhətləşmələrə hazır olduqlarını bildirib.
 
Mixeyev Ankaranın F-35 proqramından çıxdığı təqdirdə Moskvanın Türkiyəyə təyyarə tədarük etməyə hazır olub olmadığı sualı ilə bağlı Rus mətbuatına verdiyi açıqlamada, "Türk tərəfi məsləhətləşmələrdə iştirak üçün bizə müraciət edərsə, imkanlarımız daxilində Rus Aviasiya Şirkəti ilə birgə məşvərət etməyə hazır olacağıq" deyə cavab verib.
 Türkiyəyə S-400 hava müdafiə raket sistemlərinin təhvili barədə də məlumat verən Mixeyev, daşınmanın iyul ayında başlayacağını bildirib.
Mixeyev Rusiya və Türkiyənin S-400 istehsalının yerliləşdirilməsilə bağlı məsələləri də qərara bağladıqlarını qeyd edərək sazişin yerinə yetirilməsi üçün işlərə davam etdiklərini dilə gətirib.
Müxalifət.az