Rusiyadan Venesuelaya çağırış: Hazırlıq görürlər, diqqətli olun!

Venesuela müxalifətinin 1 mayda ölkə tarixinin ən böyük nümayişini keçirmək planları haqqında danışan Zaxarova, Venesuelalı siyasətçiləri təxribata gəlməmə çağırışı edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, həftəlik mətbuat konfransında müxalif lider Xuan Guiadonun “1 mayda ölkə tarixinin ən böyük nümayişini edəcəyik” bəyanatını qiymətləndirib.
Zaxarova, "Radikal müxalifət müxtəlif düşərgələrdən nümayişçilər arasında toqquşmalar baş verməsi üçün yeni kütləvi aksiya hazırlığı görür. Venesuelalı siyasətçiləri yalnız dinc siyasi mübarizə üsullarına sadiq olmağa, təxribata gəlməməyə çağırırıq" deyib.
ABŞ SABİTLİYİ POZMAQ ÜÇÜN HƏR CÜR VARİANTA MÜSBƏT BAXIR
Zaxarova mövcud hakimiyyətin vəzifədən ayrılması üçün ABŞ-ın hər cür qeyri-sabitlik variantına müsbət baxdığını da vurğulayıb.
Qeyd edək ki, özünü müvəqqəti prezident elan edən Xuan Guaido, ölkədəki müxalifləri 1 mayda küçəyə çıxmağa çağırmışdı. Müxalif lider dövlət başçısı Nikola Maduronun vəzifədən getməsi üçün keçirəcəkləri aksiyaların ölkə tarixindəki ən böyük aksiyalar olacağını söyləmişdi.
Müxalifət.az