Seçkidə qalib gələn Zelenski Türkiyəyə getdi
26-04-2019 12:09
Baxış sayı:
12409

Ukraynada prezident seçkilərində qalib gələn Vladimir Zelenski seçki yorğunluğunu Türkiyə istirahəti ilə atacaq.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada, "Şəffaf olma mövzusunda razılaşdıq. Bax belə. Türkiyəyə uçuruq. Uşaqları illik əyləncə festivalına aparıram" deyib.
Son dörd aydır ki, ilk dəfə bir həftə sonu istirahəti edəcəyini bildirən Zelenski, Ukraynaya iki gün sonra qayıdacağını bildirib.
Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda məzhəkəçi Vladimir Zelenski 73,22 faiz ilə seçkinin qalibi olmuş, rəqibi və mövcud dövlət başçısı Pyotr Poroşenko 24,45 faiz səs almışdı.
Müxalifət.az