Sevgilisinin anasını bıçaqlayan şəxsin cəzası BƏLLİ OLDU
26-04-2019 16:32
Baxış sayı:
13441

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Səmədov 5 il azadlıqdan məhrum edilib. İttihama görə, Abşeron rayonunda Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə. Səmədov R. Məmmədovanı bıçaqlayıb.